Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:39

Medvedev etiraz aksiyalarına münasibət bildirib (Foto və videolar)


Moskvada ədalətli seçki tələb edən müxalifətin mitinqi
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Rusiya müxalidəti dekabrın 10-da Moskvada ötən bazar keçirilmiş parlament seçkisinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq kütləvi aksiya keçirib.

Rusiya prezidenti Dimitri Medvedev şənbə günü Rusiyada keçirilən mitinqlərdə səsləndirilən şüarlarıyla razı deyil.
Bunu bazar günü Facebook səhifəsində prezidentin özü yazıb.
Medvedev qeyd edir ki, insanların öz mövqelərini bildirmək haqqı var və onlar bunu edib.
Prezidentin yazdığına görə, o seçki məntəqələrində pozuntularla bağlı bütün məlumatların araşdırılmasını göstəriş verib.

Rusiya müxalifəti hakimiyyəti yeni aksiyalarla hədələyir

Əgər Rusiya rəhbərliyi şənbə günü keçirilmiş etiraz aksiyalarında irəli sürülmüş tələbləri yerinə yetirməsə, müxalifət yeni kütləvi aksiyalar keçirəcək.
Bunu AzadlıqRadiosuna müsahibəsində qeytiyyata alınmamış Xalq azadlığı, PARNAS partiyasının sədri Boris Nemtsov deyib.
Müxalifət dekabrın 4-də keçirilmiş seçkinin nəticələrinin ləğvini, MSK sədri Vladimir
Curovun istefasını, bütün siyasi məhbusların azad edilməsini, seçkiyə buraxılmayan partiyaların qeydiyyata alınması və yenidən ədalətli seçki keçirilməsini tələb edir.
Boris Nemtsov bildirib ki, müxalifət həmçinin hazırda seçki pozuntularıyla bağlı çoxsaylı məhkəmə iddialarına hazırlaşır.
***
Rusiyanın bütün federal televiziya kanalları xəbərlərə ölkədə ədalətli seçki tələbilə keçirilən mitinqlərdən reportajlarla başlayıblar.

Mitinq iştirakçıları bu günlərdə ölkədə keçirilən seçkinin nəticələrinin ləğvini, bütün siyasi məhbusların azad edilməsini, Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurovun istefasını, seçkiyə buraxılmayan partiyaların qeydiyyata alınmasını və yenidən ədalətli seçki keçirilməsini tələb ediblər.

MSK rəhbərliyi isə isə İnterfaksa müsahibəsində mitinqdə səslənən şuarların əsassız olduğunu deyib.

Rusiya hökuməti hələlik mitinqlərə münasibət bildirməyib.

Baş nazir Vladimir Putinin mətbuat katibi Dimitri Peskov “Qazeta RU”-ya müsahibəsində deyib ki, hökumət hələlik çoxminlik etirazlara münasibətini müəyənləşdirə bilmir.

(Məlumat fotoqalereyadan sonra da davam edir)


***

Moskvada ədalətli seçki tələbiylə keçirilən mitinqin sonunda seçkinin nəticələrinin ləğvi tələbilə qətnamə qəbul edilib.

Sənəddə həmçinin bütün siyasi məhbusların azad edilməsi, Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurovun istefası, seçkiyə buraxılmayan partiyaların qeydiyyata alınması və yenidən ədalətli seçki keçirilməsi tələb olunur.

Təşkilatçılar dekabrın 24-də növbəti aksiyaya çıxacaqlarını bildiriblər.

Onlar həmçinin müdaxilə olmadığına görə polislərə təşəkkür bildirib, “Polis xalqladır” şüarları səsləndiriblər.

Təşkilatçıların sözlərinə görə Bolotnaya meydanında keçirilən mitinqdə 100-150 min arası adam iştirak edib.

Daxili İşlər Nazirliyi isə aksiyaçıların 20 mindən artıq olmadığını deyir.

***

Sankt-Peterburqda da yerli məclisə keçirilmiş seçkinin nəticələrinin ləğvi tələbi ilə nümayiş keçirilib.

«Başqa Rusiya» Partiyasının Peterburq şöbəsinin rəhbəri Andrey Dmitriyev bildirib ki, 8 gün ərzində tələb yerinə yetirilməsə, növbəti bazar günü meydana 10 dəfə çox adam çıxacaq.

Təşkilatçılar Peterburq mitinqində 5 minə yaxın adamın iştirak etdiyini deyirlər

Aksiyaçılar mitinqə əllərində çiçək, geyimlərində ağ lentlə gəliblər.

Polis bundan əvvəl «Vosstaniya» meydanından «Pionersk» meydanına doğru hərəkət edən kütləyə müdaxilə edib, onlarla adam saxlanıb.

Xüsusi təyinatlı polis qüvvələri yolları bağlayıb.

(Məlumat videodan sonra davam edir)


***

Ədalətli Seçki tələbi ilə Moskvanın «Bolotnaya» meydanında keçirilən mitinqə 40 min, İnqilab meydanına isə 10 minə yaxın adam yığışıb.

Bu barədə təşkilatçılar xəbər verirlər.

Polis mitinqçilərin sayının 25 mini ötmədiyini deyir.

Aksiyaçılar bülletenlərin yenidən sayılmasını tələb edirlər.

Şəhərin mərkəzi meydanlarına yüzlərlə polis çıxarılıb.

Həmçinin ölkənin onlarla şəhərində etiraz aksiyaları keçirilir.

Saxlananlar var.

Bu günlərdə Rusiyada keçirilmiş Duma seçkisində hakim Vahid Rusiya partiyası 50 faizə yaxın səs toplayıb.

Müxalifət seçkinin saxtalaşdırıldığını deyir.

***
Saat 14:00-da Moskvada, Bolotnaya meydanda parlament seçkilərinin nəticəsinə etiraz olaraq müxalifətin mitinqi başlayıb.

Ümumiyyətlə, dekabrın 10-da ədalətli seçki tələbilə Rusiyanın onlarla şəhərlərində etiraz aksiyaları keçirilir.

Ulyanovskda mitinqə bir neçə saat qalmış polis onun təşkilatçısını saxlayıb.

Xabarovskda isə şəhərin mərkəzində azı 20 fəalın saxlandığı xəbər verilir.

Vladivostok və Blaqoveşenskdə isə mitinqlər insidentsiz ötüşüb.

Həmçinin, xaricdə Rusiyadakı nümayişçilərə dəstək olaraq müxtəlif aksiyalar
nəzərdə tutulub.
XS
SM
MD
LG