Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:23

Müxalifətin kompromis həddi…


İsa Qəmbər
İsa Qəmbər
AzadlıqRadiosunun «İşdən sonra» proqramında Müsavat başqanı İsa Qəmbərlə politoloq Ərəstun Oruclu «Müxalifətin kompromis həddi» mövzusunda diskussiya aparıblar.

İsa Qəmbər deyib ki, demokratik qüvvələrin İlham Əliyevin istefasını tələb etməməsinin özü kompromisdir:

«Demokratik düşərgə zahirən zəif görünür. Çünki cəmiyyət kifayət qədər fəal deyil. Müxalifətin də, demokratik düşərgənin də gücü xalqdadır, cəmiyyətdədir. Hakimiyyətin əlində zorakılıq aparatı var, maliyyə imkanları var. Media tam onun nəzarətindədir, cəmiyyətə repressiyalar tətbiq etmək əlindədir - belə bir şəraitdə «müxalifətin hansısa kompromisdən danışması yerinə düşürmü» sualı da yaranacaq. Amma məncə, yerinə düşür. Çünki bizim bu mövqeyimiz ciddi təhlillərin əsasında və reallıqları nəzərə almaqla formalaşıb…».

Politoloq Ərəstun Oruclu isə deyir ki, İctimai Palata bir neçə dəfə hakimiyyətə belə kompromislər təklif edib. Hakimiyyət isə bunlara əhəmiyyət verməyib. Hazırda isə vəziyyət elə bir həddə çatıb ki, dövlətin özü təhlükə altındadır.
Ərəstun Oruclu
Ərəstun Oruclu
Artıq kompromislərdən danışmağa dəyməz:

«Mən kompromis təklif edirəm, sən məni ələ salırsan, saxta ittihamla insanları həbs edirsən. Çalışırlar bunu bir mübadilə predmeti kimi istifadə etsinlər. Söhbət təkcə iqtidar-müxalifət münasibətlərindən getmirdi. O sənəddə söhbət iqtidar-cəmiyyət və iqtidarın cəmiyyətə münasibətlərindən gedirdi. Cəmiyyətə münasibətin ən ciddi təzahürlərini biz son bir neçə gündə gördük. Artıq hakimiyyətin davranışları həm Azərbaycan dövlətçiliyi, həm də Azərbaycan xalqı üçün təhdidə çevrilib. Hakimiyyət idarəçilik qabiliyyətini demək olar ki, tam itirib…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG