Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:43

Christoph Strässerə yenə viza verilmədi


Kristof Ştrasser
Kristof Ştrasser
Azərbaycanın Almaniyadakı səfirliyi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Christoph Strässerə viza verməyib.

Bu barədə AzadlıqRadiosuna səfirliyin birinci katibi Nüsrət Süleymanov məlumat verib.

O deyir ki, C.Strässer səfirliyə 10-15 gün əvvəl müraciət edib:

«Prosedura belədir ki, Strässerin öz mandatına uyğun Azərbaycana gəlməsi üçün AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri ona dəvət məktubu verməlidir. Yalnız həmin dəvətdən sonra ona viza verilə bilər. Amma cənab Strässer viza üçün müraciət edəndə, belə bir dəvət məktubunu səfirliyə təqdim etməyib. Bu səbəbdən də səfirlik ona viza verməyib».

N.Süleymanov deyir ki, C.Strässerin Almaniya vətəndaşı, Bundestaqın üzvü kimi Azərbaycana səfər etməsində hər hansı problem yoxdur:

«Problem yalnız onun mandatı ilə bağlıdır».

Məruzəçi C.Strässer noyabrın 4-ə kimi Azərbaycana gəlmək istəyirdi.

Azərbaycan hakimiyyəti C.Strässerə viza verilməməyini onun mandatı ilə izah edir. Rəsmilər bildirirlər ki, Avropa Şurasında siyasi məhbus meyarı müəyyən olunmayıb, bu səbəbdən də C.Strässerin səfəri mənasız xarakter daşıyır.
XS
SM
MD
LG