Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:15

İsrail 430 min dollar təzminat ödəyəcək


Afghanistan -- Israel and Palestine flags, 02Sep2010
Afghanistan -- Israel and Palestine flags, 02Sep2010
Qüds şəhər məhkəməsi 2007-ci ilin yanvarında aldığı rezin güllə yarasından sonra ölən 10 yaşlı fələstinli qızın ailəsinə kompensasiya ödənilməsinə qərar verib. Məhkəmənin sentyabrın 25-də verdiyi qərara görə, İsrail hökuməti 10 yaşlı Abir Aramin-in qətlində günahkar bilinib. İsrail dövləti onun ailəsinə 430 min dollar kompensasiya ödəməli olacaq.

Abir Aramin Anata qəsəbəsindəki məktəbdən çıxandan sonra yaxınlıqdakı sərhəd məntəqəsindən əsgərlərin atdığı rezin güllə ilə başından yaralanmışdı. 2 gün sonra dünyasını dəyişmişdi. Polis qızın rezin güllə ayarasından ölməsiylə bağlı birbaşa dəlillər olmadığını əsas gətirib işi bağlasa da, Abirin ailəsi mülki məhkəmədə iddia qaldırmışdı. Qüds şəhər məhkəməsi bazar günü verdiyi qərarla idianı təmin edib.
XS
SM
MD
LG