Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:11

2 aprel məhbusu: «Səbail rayon polisində 30 saat məni susuz saxladılar»


Sentyabrın 7-də 2 aprel məhbuslarından Arif Hacılı, Məhəmməd Məcidli, Tural AbbaslıFuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.

Prosesdə sərbəst ifadə verən Məhəmməd Məcidli aksiyaya getməyində qanunazidd hal görmədiyini söyləyib. O bildirib ki, sərbəst toplaşma, seçki hüququnun pozulmasına etiraz olaraq bu aksiyaya qatılıb. Aksiyaya qatıldıqdan az sonra polis onu saxlayıb və avtobusa mindirib:

«Polis əməkdaşları avtobusda üzümə gözyaşardıcı qaz püskürtdülər, sonra Səbail rayon polisində 30 saat məni susuz saxladılar».

Prosesdə zərərçəkən kimi tanınan 8-ə yaxın polis əməkdaşı aksiya zamanı xəsarət aldıqlarını, onlara kimlərin xəsarət yetirdiyini isə görmədiklərini bildiriblər. Polis əməkdaşları müttəhimlərin heç birini tanımadıqlarını da söyləyiblər.

Məhkəmə prosesi sentyabrın 9-da davam edəcək.

Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilirlər.

İttiham təsdiqlənərsə, onları 3 ilə qədər həbs cəzası gözləyir.
XS
SM
MD
LG