Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:31

2 aprel məhbuslarının məhkəməsi təxirə salındı


Onları 3 ilə qədər həbs cəzası gözləyir
Onları 3 ilə qədər həbs cəzası gözləyir
2 aprel aksiyaçılarından Elnur Məcidli, Əhəd Məmmədli, Rüfət HacıbəyliÜlvi Quliyevin işi üzrə proses sentyabrın 13-dək təxirə salınıb.

Sentyabrın 2-də Nəsimi rayon Məhkəməsində proses başlayan kimi hakim Şahin Abdullayev Rüfət Hacıbəylidən vəkili olub-olmamasını soruşub. Hacıbəyli dövlət vəkilindən imtina etdiyini bildirib və Osman Kazımovun onu müdafiə etməsini istədiyini deyib. Vəkil Osman Kazımov prosesə qatılsa da, müdafiə üçün orderi olmayıb. Hakim məhkəməni təxirə salıb.

Bundan əvvəlki proseslərdə Rüfət Hacıbəylini vəkil Elçin Namazov müdafiə edirdi. O, hakimin qərarı ilə prosesdən kənarlaşdırılıb.

Müxalifət fəalları ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimətdə ittiham olunurlar. İttiham təsdiqlənərsə, onları 3 ilə qədər həbs cəzası gözləyir.
XS
SM
MD
LG