Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:58

Demokratiyaya yumşaq keçid


Zəfər Quliyev
Zəfər Quliyev
“İşdən sonra” proqraminda İctimai Palatanın üzvləri Zəfər QuliyevƏrəstun Oruclu yeni Yol Xəritəsi barədə danışıblar.

Ana Vətən partiyasının sədri, deputat Fəzail Ağamalı da bu sənədə münasibətini bildirib.

“İCTİMAİ PALATA HAKİMİYYƏTİ DİALOQA DƏVƏT EDİR”

Zəfər Quliyev:

- “Avtoritarizmdən demokratiyaya yumşaq keçid - Yol Xəritəsi” adlı sənəd ölkədə tamamilə başqa bir siyasi mühitin formalaşmasını nəzərdə tutur. Yəni İctimai Palata bu sənədlə ilk növbədə hakimiyyəti və bütün siyasi qüvvələri dialoqa və əməkdaşlığa dəvət edir. Hesab edir ki, bu sənəddə nəzərdə tutulmuş islahatlar bir yerdə, dialoq vasitəsi ilə müzakirə olunmalıdır. Ölkədə həm dialoq, əməkdaşlıq mühiti, həm də islahatlar mühiti yaradılmalıdır. İslahatlara hakimiyyəti tək daxildən dəvət etmirlər. Son vaxtlar bütün beynəlxalq təşkilatlar da dəfələrlə Azərbaycanda islahatlar, o cümlədən demokratik islahatların aparılmasını vacib hesab ediblər. Bizim sənəddə də ilk növbədə bu islahatlara uyğun siyasi mühitin formalaşması nəzərdə tutulub. Bu sənəd ilk növbədə hakimiyyətin özünə ünvanlanıb.

Ərəstun Oruclu
“MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR”

Ərəstun Oruclu:

- İlk növbədə həmin sənəddə iqtisadi blok çox zəif təmsil olunub. 5 bənd yalnız sosial məsələlərə aid idi. Mənim nəzərdə tutduğum əsas məsələlərdən biri iqtisadi azadlıqdır. Yəni insanlara bərabər iqtisadi fəaliyyət azadlığı şəraitinin verilməsi, monopoliyaların ləğvi, vergi sistemində islahatların aparılması, gömrük sisteminin şəffaflaşdırılması və sadələşdirilməsi. Və ən mübahisə doğuran məqamlardan biri - maliyyə amnistiyasının tətbiqi və mülkiyyətin leqallaşmasıdır. Çünki hakimiyyət öz siyasəti ilə əhali arasında narazılığı o dərəcədə dərinləşdirib ki, insanlarda bir qisasçılıq ruhu var. Qisasçılıq ruhu, nifrət dağıdıcı amillərdir.

“LAYİHƏ BOYKOTA VƏ PARÇALANMAYA GƏTİRƏCƏK”

Fəzail Ağamalı:

Fəzail Ağamalı
- İctimai Palatanın hazırladığı, gəlişi gözəl ifadələri özündə ehtiva edən hər hansı bir layihənin ciddi perspektiv daşıyacağı inandırıcı deyil. Bu Yol Xəritəsi subyektiv məqamları, qərəzli fikirləri özündə ifadə edən bir layihədir. Və nəticə etibarı ilə bu iqtidarla, radikal müxalifəti özündə birləşdirən ictimai aparat arasında münasibətlər sistemində daha da ciddi qarşıdurma yarada bilər. Onun əsas müəllifləri arasında ciddi toqquşmaların olduğu barədə ayrı-ayrı qəzetlərdə yazılar görmək mümkündür. Bu da belə bir nəticəyə gəlməyə imkan verir ki, təqdim edilmiş olan həmin layihənin özü əslində elə indidən İctimai Palata daxilində boykota və parçalanmaya gətirəcək.

Verilişi tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG