Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:09

Hosni Mubarakin məhkəməsi tv-də canlı yayımlanmayacaq


Misirin eks-prezidenti Hosni Mubarakin məhkəməsi təxirə slaınıb

Bu keçirilən prosesdə hakim prosesin sentyabrın 5-nə təxirə salınması haqda qərar verib və növbəti proseslərin televiziyayla canlı yayımını qadğaan edib.

Hakim Ahmed Refaat bu cinayət işinin keçmiş Daxili İşlər Naziri Habib el-Adlinin işiylə birgə baxılmasına da qərar verib.

Mubarak hökumət əleyhinə etiuraz keçirənlərə atəş açmaq əmri verməkdə və korrupsiya cinayətlərində ittiham olunur.

Məhkəmə qarşısında Mubarakla birlikdə onun iki oğlu – Alaa və Gamal da dayanır. Onlar da korrupsiyada ittiham olunurlar.

Bu ilin fevralında Mubarak rejiminə qarşı keçirilən etiraz aksiyalarında 850 nümayişçi öldürülmüşdü, 6 mindən artıq adam yaralanmışdı.
XS
SM
MD
LG