Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:20

Hicab qadağası və imza kampaniyası…


Nəriman Qasımoğlu
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri Hacı İlqar İbrahimoğlu və dinşünas-alim Nəriman Qasımoğlu hicaba dəstək məqsədilə keçirilən «Yüz minlik imza» kampaniyasını müzakirə edirlər.

Nəriman Qasımoğlu:

- O kampaniyanın hansı müstəvidə aparılmasından asılı olmayaraq, bəlli olan odur ki, insanlar öz qızlarını ümumiyyətlə, təhsilə buraxmaq istəmirlər. Azərbaycanda bu hicab məfhumunun arxasında dayanan böyük bir kəsim var. Qızlarını heç təhsilə buraxmaq istəmirlər... Belə bir mövhumatçı dairənin coğrafiyası böyüyürsə, tam səmimiyyətimlə deyirəm ki, bu, Azərbaycanın gələcəyinə təhlükədir. O təhlükəni mən görürəm. Ondan nəticə çıxarmağı isə Azərbaycanı sevən insanların vicdanına buraxıram.

İlqar İbrahimoğlu:

- Kampaniyanı aparan insanlar heç də sizdən az təhsilli insanlar deyil. Mövhumatçılıq dedikdə isə, sekulyarizm adına Sizin simanızda mövhumatçı insanlar meydana çıxır. Siz inanclılara mövhumatçı deyirsinizsə, o cür də Sizin kimi də sekulyarizm adına mövhumatçılar var.

Nəriman Qasımoğlu:

- Siz «Quran»ı qoymusunuz bir qırağa...

İlqar İbrahimoğlu:

- Siz «Quran»ı qoymusunuz bir qırağa. Şərabı halal edirsiniz. Gəlin, Siz İslam adına danışmayın.

Xədicə İsmayılova:

- Nəyə görə hesab edirsiniz ki, İslam adına yalnız siz danışa bilərsiniz?

İlqar İbrahimoğlu:

İlqar İbrahimoğlu
- Mən demirəm ki, yalnız mən danışa bilərəm. İslam adına danışanlara mövhumatçı deyənin özünə mövhumatçı deyərlər. Mən deyirəm ki, insanlara yarlıqlar asmasınlar. Yarlıqları sovet dövründə asdılar, güllələtdilər. Siz o xətti davam etməyin.

Nəriman Qasımoğlu:

- Siz də elə insanları güllələyənlərin sırasındasınız.

İlqar İbrahimoğlu:

- Hələlik siz o işlə məşğulsunuz.

Nəriman Qasımoğlu:

- Qonşu ölkələrdə İslam adına insanlara edilən zülmlərin İslama heç bir dəxli yoxdur. Adlarını çəkdiyiniz təriqətlərin üstünlük təşkil etdiyi o cəmiyyətlərdə insanlar bədbəxt vəziyyətdə yaşayırlar.

İlqar İbrahimoğlu:

- Mən hesab edirəm ki, «Quran»ın əmrlərini yaşadan insanlar ən xoşbəxt insanlardır. Mən özümü xoşbəxt sayıram. Sizin kimi düşünən insanlar isə aqibətlərini yandırırlar.

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG