Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:16

Yaradıcılıq azadlığı…


Əli Əkbər
«İşdən sonra» proqramında musiqiçi Azər Cırtdan Məmmədov və yazıçı Əli Əkbər bu barədə fikirlərini bölüşürlər.

Əli Əkbər:

«Yaradıcılıq azadlığı Azərbaycanda yoxdur. Amma bu o demək deyil ki, hər kəsin yaradıcılığı əngəllənir. Bu, şərt deyil. Yaradıcılıq azadlığının əngəllənməsinin müxtəlif yolları var. Hər kəsə bərabər imkanların yaradılmaması da əslində əngəlləmədir. Ölkədə əngəllənəcək şeylərin sayı artdıqca, mən daha çox sevinməyə başlayıram. Deməli, bir oyanış, kreativ var ki, o əngəllənir. Mənim kitabım qadağan olunmuşdu, kitab mağazalarından yığışdırılmışdı. Biz sərbəst şəkildə toplaşa bilmirik. Oxucularla görüşlərim dəfələrlə polis tərəfindən əngəllənib. Erkən feodalizm dövründə, 90-cı illərdə yaradıcılıq, kreativ düşüncə, hadisələrə kreativ yanaşma da bir o qədər yox idi. Amma indiki zamanda artıq biz tam mənada feodalizm dövrünü yaşayırıq. İndi müxtəlif üsullar, vasitələr də tapılıb. Artıq qarşı tərəf də yatmır. Əngəlləyirsə, bərabər şərait yaratmırsa, deməli, çəkinəcəyi bir şey var. Bu da əslində yaradıcı şəxslər üçün sevindiricidir...».

Azər Məmmədov
Azər Cırtdan Məmmədov:

«Şəxsi senzura məndə yoxdur. Mən onu hiss etmirəm. Yəni xaricdən belə bir təhlükə hiss etmirəm. İndiyə qədər yazdığım heç bir şeirdə, heç bir mahnıda içimdəki əngəli hiss etməmişəm. İndi o qədər vasitələr var ki, «underground» olmaq çətindir. Bəzi şeylər var ki, onu heç cürə kontrol edə bilməzlər. «Youtube»dur, «Facebook»dur, bunları tam olaraq kontrol etmək mümkün deyil. Ordan öz dinləyicimizə bir şəkildə ulaşa bilirik. Biz onlarla ünsiyyətə girə bilirik. Fəqət bir musiqiçi üçün ən əhəmiyyətli şeylərdən biri dinləyicisi ilə üzbəüz görüşməkdir. Bu da konsertdir. Bu konsert əngəllənirsə, əlbəttə bu o deməkdir ki, mənim yaradıcılıq azadlığım yoxdur. Mən nə qədər yazdıqlarımda özümü sərbəst hiss etsəm də, bunu kütlələrə çatdıra bilmirəm…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG