Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:00

Bəxtiyar Hacıyev Bakıya gətiriir


Bəxtiyar Hacıyev Gəncədə məhkəmə zamanı, 19 aprel 2011
Bəxtiyar Hacıyev Gəncədə məhkəmə zamanı, 19 aprel 2011
Bu barədə AzadlıqRadiosuna onun ailə üzvləri məlumat verib. Təcridxanadan ailəyə bildirlib ki, iyulun 14-ü axşam saatlarında Bəxtiyar Hacıyev Ağstafa-Bakı qatarı ilə yola salınacaq.
Barəsində çıxarılmış hökmə görə Bəxtiyar Hacıyev cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsinə çəkməlidir.
Hüquqi prosedura görə onun barəsində verilmiş hökm Appelyasiya məhkəməsi tərəfindən qüvvədə saxlandığına görə, Bəxtiyar Hacıyev Bakıya -Şüvəlan İstintaq təcridxanasına gətiriləcək.
Gənc fəal, ABŞ-ın Harvard universiteti məzunu, 2010-cu il Parlament seçkilərində deputatlığa namizəd olmuş Bəxtiyar Hacıyev hərbi xidmətdən yayınma ittihamı ilə 4 mart 2011-ci ildə Gəncə şəhərində həbs edilib. Gəncə şəhər, Nizami rayon məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. Appelyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb.

Bəxtiyar Hacıyev özü və insan haqları fəalları əslində onun internetdə hakimiyyəti tənqid edən fəaliyyətinə görə həbs olunduğunu bildirirlər. O, sonuncu parlemtn seçkisində deputatlığa namizəd olub, və internetdə sosial şəbəkələrdə demokratiya çağırışları ilə tanınıb, korrupsiya əleyhinə kampaniyalar aparıb.
XS
SM
MD
LG