Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:22

Çörəyin qiyməti qalxacaqmı?


Ötən il ƏDV götürüldüyü üçün Azərbaycana 1.3 milyon tondan çox taxıl idxal olunub
Ötən il ƏDV götürüldüyü üçün Azərbaycana 1.3 milyon tondan çox taxıl idxal olunub
Hökumətin qərarına əsasən, iyulun 10-dan etibarən ölkəyə gətirilən taxıl və un yenidən ƏDV-yə cəlb olunub.

«İşdən sonra» proqramında aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov, iqtisadçı-ekspert Rövşən Ağayev və Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev bu qərara münasibətini bildirir.

Vahid Məhərrəmov:

«Hazırda dünya bazarında tamamilə başqa bir mənzərə mövcuddur. Ötən il Rusiya qlobal iqlim dəyişikliyi ilə əlaqədar buğda istehsalında problemi olduğu üçün buğda ixracına məhdudiyyət qoymuşdu. Lakin bu məhdudiyyəti iyulun 1-dək qoymuşdu. İndi Rusiya bazarında taxılın qiyməti kifayət qədər ucuzdur - 1 tonu 150 manatdır. Bizdə isə unun bir tonu 230-250 manat civarındadır. İndi bazar açılıb və rus fermerləri çalışır ki, anbarlarını boşaltsınlar. Onlar yeni məhsul gözləyirlər və buna görə bu məhsulların qiyməti ucuzlaşır. Azərbaycan hökuməti iyulun 10-dan ƏDV tətbiq edib. Ancaq bu barədə məlumatı ayın 11-də almışıq. Hər halda, bu sənəd hökumətə ayın 10-u təqdim olunmayıb. Hökumət ayın 10-u istirahətdə olub... Dünyada məhsul ucuzlaşır, ölkədə isə idxal olunmuş xeyli buğda var. Bundan sonra ƏDV tətbiq olunmasaydı, bu buğdanın qiyməti idxal olunacaq buğdanın qiymətindən xeyli fərqli olacaqdı.
Rövşən Ağayev
Məqsəd odur ki, daxildə yığılmış idxal buğdasının qiymətini salmaq mümkün olmasın. Ola bilsin, bunu bəzi oliqarxların mənafeyini qorumaq məqsədi ilə ediblər».

Rövşən Ağayev:

«Biz taxıl ehtiyacımızın az qala 50 faizini idxal edirik. Belə bir vəziyyətdə hökumət niyə bahalı buğda gətirməyə cəhd edir? O məhsula ƏDV tətbiq edirlər ki, onun daxildə də istehsalı kifayət qədər olur. Bir növ xarici məhsullardan ölkənin bazarını qorumaq istəyirlər. Amma bizdə daxili istehsal ən yaxşı halda ehtiyaclarımızın 50 faizini ödəyir. 2005-ci ildən bəri biz hər il orta hesabla 1.3-1.2 milyon ton buğda idxal edirik. Biz buğdanı idxal edirik, hələ üstəlik onu rüsumla yükləyirik».

Sabir Vəliyev:

«Bu dövlət əhəmiyyətli məsələdir. Ötən il ƏDV götürüldüyü üçün Azərbaycana 1.3 milyon tondan çox taxıl idxal olunub. Kifayət qədər Azərbaycanda taxıl ehtiyatı yaranıb. Eyni zamanda, ötən il Azərbaycanda 1.3 milyon ton buğda istehsal olunub. Ötən il havalar yaxşı olmadığı üçün 1 milyon az istehsal olunub. Ona görə də hökumət ƏDV-ni götürmüşdü ki, idxal olunan buğda ucuz qiymətə gətirilsin. Bu dəfə hesab etdik ki, daxili bazarı qorumaq, istehsalçıların marağını artırmaq üçün xaricdən gələn bu məhsulları yenidən ƏDV-yə cəlb etmək lazımdır...».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG