Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:18

Əli Kərim. Ölüm palatada...


Ölüm xəstəxanada
Zəhləmi tökdü mənim.
Əvvəl çırpındı qəlbim
Üşüdü də bədənim.
Uzanıram... "tıq"... qapı...
Durub gəzirəm. - "taraq".
Lap qır-saqqıza dönüb,
İş-gücünü buraxaraq.
Hey gəldi.
getdi,
baxdım
ona gülümsəyərək,
Öyrəndim ilantutan
ilana alışantək.
Həftə keçdi,
gəlmədi.
Qapı-bacaya baxdım.
Doğrusu. dostum üçün
Bir qədər də darıxdım.
Dedim bircı gələydi.
Gəlib
görəydi məni.
Köçünü birdəfəlik
Bu yerlərdən sürəydi,
Yuxuda gördüm onu:
Boylandı sola,
sağa,
Girdi
ən axırdakı
Ah-uf gələn otağa.
Durub getdim...
Zəhərli
Dili lap bal dadırdı.
Bir sadəlövh.
bir gözəl
Gəlini aldadırdı.

1969
XS
SM
MD
LG