Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:09

Vaqif Səmədoğlu. Sabah kiminsə gözündə nifrət...


Sabah kiminsə gözündə nifrət,
kiminsə qolunda qüvvət,
kiminsə qəlbində boğulan qeyrət...
Sabah biri namaz üstə,
o biri
sərxoş yatarkən palas üstə,
kimisi də ölərkən bir qız üstə
görünəcəklər.
Görünəcəklər olduqları kimi
o gözə görünməzə.
Sabah neçə yuxu yaxşıya,
neçəsi pisə yozulacaq,
sabah bir durna qatarı pozulacaq,
eyvanıma iki-üç salamat sərçə qonacaq.
Sabah yaxşı olacaq,
sabah çox pis olacaq.
Şükür, sabah olacaq.

1991
XS
SM
MD
LG