Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:23

«91-lər» Naxçıvanda Heydər Əliyevlə nədən danışıblar?


«91-lər» Naxçıvanda Heydər Əliyevlə nədən danışıblar?
Gözlə

No media source currently available

0:00 0:54:56 0:00
Direct-ə keçid

Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün imza atmış 91 nəfərdən biri - keçmiş deputat Şahlar Əsgərov həmin hadisələri xatırlayır.

Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün imza atmış 91 nəfərdən biri - keçmiş deputat Şahlar Əsgərov həmin hadisələri xatırlayır.

- 1992-ci ildə 91 nəfər imza toplayıb Heydər Əliyevi yenidən hakimiyyətə çağırmaq qərarı verdi. Niyə məhz həmin vaxt və niyə məhz Heydər Əliyevi?

- 1992-ci il ölkənin həyatında həm müsbət, həm mənfi hadisələrlə zəngin idi. Müsbət hadisələrdən onu demək olar ki, Azərbaycan müstəqilliyini bəyan etmişdi. Böyük dövlətlər Azərbaycanın müstəqilliyini tanıyırdılar. Amma bununla bərabər ölkə daxilində bir xaos əmələ gəlmişdi, böhranlar sistemi başlamışdı. Siyasətdə də, iqtisadiyyatda da, cəmiyyətdə də böhran var idi. Müstəqillik eyforiyası daha dərindən düşünməyə imkan vermirdi. Buna görə də müstəqilliyin itirilməsi qorxusu, xofu insanları bürüyürdü. Doğrudur, həmin vaxt sovet dövləti hüquqi olaraq süquta yetmişdi, amma faktiki olaraq o dövlətin bütün icra strukturları işləyirdi və yeni hakimiyyətə gəlmiş insanlar həmin sovet dövlətinin hakimiyyətini davam etdirirdilər. Bu isə mümkün olan şey deyildi. Çünki bir halda ki, sovet ideologiyası yıxılmışdı, yeni dövlət qurmaq lazım idi. Bu haqda heç kəs fikirləşmirdi. Azərbaycanın bu böhranlar sisteminə daxil olması bir qrup insanları narahat edirdi. O cümlədən məni də narahat edirdi. Mən bu dövrü bir şans bilirdim və güman edirdim ki, bu şansdan istifadə edib, müstəqil bir dövlət, Avropaya bənzər bir dövlət qurmaq mümkündür. Amma tezliklə aydın oldu ki, Heydər Əliyevi də bu prosesə cəlb etmək lazımdır.

- Niyə elə hesab etdiniz ki, müstəqilliyin qorunub saxlanması üçün Azərbaycana məhz ömrünün böyük bir hissəsini KQB-də xidmət etmiş adam lazımdır?

- Fəlsəfədə belə bir cümlə var ki, azadlıq şəxsiyyətsiz mümkün deyil. Hökmən şəxsiyyət ortada olmalıdır. Şəxsiyyət dünyada gedən bütün prosesləri dərk edən, bu prosesləri idarə edən böyük qüvvələrin tanıdığı yaxud da qəbul edə biləcəyi insan olmalıdır. Azərbaycanda bu cür xüsusiyyətlərə malik ikinci belə bir insan tanımırdım. Olanların da hamısı bir növ hakimiyyətə gəlib-getmiş insanlar idi. Onun böyük dövlətçilik təcrübəsi var, idarəetmə təcrübəsi var. Dünyanın böyük dövlətlərinin başçıları bu adamı tanıyır və bununla tez söhbətə girə bilərlər. Qapı arxasında çox saxlamazlar. Bu niyyətlə belə bir adama ehtiyac var idi. Güman edirəm ki, bizim fikirlərimiz özünü doğrultdu. Belə bir deyim var: istənilən həqiqət 3 etapdan keçər - birinci etapda deyirlər, bu, mümkün deyil. ikinci etapda deyirlər, bu, ola bilər. Üçüncü etapda isə deyirlər ki, bu ki, çoxdan məlumdur. Biz Heydər Əliyevə məktub yazanda, Azərbaycan cəmiyyəti birinci etapı yaşayırdı. Ona görə 91 idi, 910 və ya 9100 deyildi. Çox az adam. Məktubu yazdıqdan sonra onunla görüşüb söhbət etdik.

- Bu nə zaman idi?

- 92-ci il noyabrın 20-si.

- Səhv etmirəmsə Sirus Təbrizli getmişdi görüşə.

Əbülfəz Elçibəy və Heydər Əliyev - 1992
- Bəli. Sirus Təbrizli, Səfiyar Musayev, Fərəməz Maqsudov, mən, təqribən 40 nəfər adam. Naxçıvana getdik.

- Nə dedi sizə Heydər Əliyev?

- Heydər Əliyevin bizə dediyi söz o oldu ki, mənim yaşım 70-dir. İndi bura cavan adam lazımdır. Ya da siz əsaslandırın görək mən ora niyə lazımam? Əsaslandıra bilsəniz, mən onda fikir yürüdəcəm sizə.

- Onda daha gənc hiss edəcəkdimi özünü?

- Yox. O, ümumiyyətlə deyirdi ki, mənim vaxtım artıq keçib. İndi gənclər bu işin öhdəsindən gəlməlidir.

- Amma sonra fikrindən daşındı.

- Bizə dedi ki, indi siz məni inandırın ki, mən Bakıya lazımam.

- Yəni birdəfəlik «yox» deməyib.

- Birdəfəlik «yox» demədi. İnandırın dedi. Hər birimiz çıxış edib nə məqsədlə gəlmişik onu dedik və inandırmağa cəhd etdik.

- Siz nə dediniz?

- Mən həmin gecəni gözəl xatırlayıram. Gecə saat 1-ə işləyirdi. Gecə saat 12-nin yarısında İrandan gələn nümayəndə heyəti ilə görüşüb qurtarandan sonra bizi qəbul etdi. O vaxt Heydər Əliyevə müraciət forması çox sərbəst idi. Biri Heydər müəllim deyirdi, biri Heydər bəy, biri Heydər Əliyeviç deyirdi. O, bunların hamısını qəbul edirdi. Çünki kommunistlər Heydər Əliyeviç deyirdi, cavanlar Heydər bəy, mənim kimi insanlar Heydər müəllim deyirdi. Mən dedim ki, Heydər müəllim, mən öz fikrimi Əbdürrəhman Caminin «Baharıstan» kitabından bir hekayə ilə deməyə çalışacam. Hekayə belədir ki, Hindistan padşahı Bağdad xəlifəsinə çoxlu hədiyyə və bir həkim göndərir. Xəlifə hədiyyələri qəbul edir və həkimdən hansı dərdlərə dərman bildiyini soruşur. Həkim bildiyi dərdlərin dərmanlarını sayır. Deyir ki, bir dərmanım da var ki, siz onu qəbul edəndən sonra ağ saçlarınız qaralacaq. Xəlifə qeyzlənib deyir ki, mən o dərmanı atmaqdan imtina edirəm. Ağ saç şəfəq rəngindədir, ondan xalqın yoluna işıq düşər. Qara saç zülmət rəngindədir, ondan xalq əziyyət çəkər. Mən öz ağ saçlarımı qara saçlara dəyişmərəm.

- Bu nə demək idi?

- Bu o demək idi ki, biz gəlmişik sənin ağ saçlarının şəfəqindən istifadə edək...

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG