Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:10

Həkim axtarışında…


«Çox təəssüflər olsun ki, sovet səhiyyəsinin ənənələri unudulub»
«Çox təəssüflər olsun ki, sovet səhiyyəsinin ənənələri unudulub»
«Qadın liderliyi uğrunda» İctimai Birliyinin sədri Ülkər Abdullayeva, Azərbaycan Həkimlər Assosiasiyasının prezidenti Qalib Əliyev və ekspert Adil Qeybulla həkim peşəkarlığı barədə fikirlərini bölüşürlər.

Ülkər Abdullayeva:

«Biz Azərbaycanda uşağın beynində gedən prosesləri aydın şəkildə analiz edib, bu barədə dəqiq məlumat verə bilən həkim tapa bilmirik. Neyrocərrahiyyə İnstitutu təmirə dayandırılıb. Həkimlər ya özəl klinikalara, ya da istirahətə yollanıblar. Tapdığımız neyrocərrahlar da bizdə inamsızlıq yaratdılar. Onlar adi şuntu hara qoymaq lazımdır, bilmirdilər. Bu, məndə şübhələr yaratdı...».

Adil Qeybulla:

«Səhiyyənin təşkili ilə bağlı xeyli problemlərimiz var. Bu problemlər haradan qaynaqlanır? Birinci, sovet dövründən qalan məktəblər dağılıb. Ümumiyyətlə, yeni sistemə keçilməlidir. Dövlət, özəl, sığorta səhiyyə sistemləri mövcud olmalıdır. Bunlar arasında münasibətlər tənzimlənməlidir. Xəstələndiyi halda xəstənin seçim imkanı olmalıdır ki, hansı tibbi xidmət növündən istifadə etsin. Diaqnostik səhvlər isə dünyanın hər yerində var. Ola bilər ki, bizdə daha çox olsun. Problemimiz həm də ondan ibarətdir ki, bizim milli səhiyyəmizə həm də inamımız yoxdur. «Azərbaycanda peşəkar yoxdur» demək bir az insafsız çıxar…».

Qalib Əliyev:

«Çox təəssüflər olsun ki, sovet səhiyyəsinin ənənələri unudulub. Ancaq iyrənc məqamları hələ də yaşamaqdadır. Səhiyyənin maliyyələşdirilməsindən tutmuş idarəetməyə qədər köhnə sovet psixologiyası hələ yaşayır. Həkim peşəkarlığı çox aktual bir problemdir. Səhiyyənin maddi-texniki təchizatı ilə bərabər onun kadr potensialı da olmalıdır. Bu, insanlara birbaşa xidmət göstərən səhiyyə kadrlarıdır. Bunlar elə kompleks şəkildə fəaliyyət göstərməlidir ki, səhiyyə xidmətlərinin həm keyfiyyəti, həm mədəniyyəti artmış olsun. Bu problemlərin kökündə duran obyektiv səbəblərdən biri də tibbi hüquq anlayışının olmamasıdır. Gərək həkimin səhv etdiyini araşdıran bir qurum, bir təşkilat olsun...».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG