Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:44

Müstəqillik tarixi Ramiz Mehdiyevin gözü ilə...


İbrahim İbrahimli
İbrahim İbrahimli
Siyasi şərhçi Zəfər Quliyev və siyasətçi İbrahim İbrahimli Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsini şərh edirlər.

İbrahim İbrahimli:

«Ramiz Mehdiyevin bu məqaləsi hakimiyyət daxilində yaranmış yeni situasiyadan irəli gələn bir yazıdır. Bu məqaləni yazmaqla Ramiz Mehdiyev bir daha özünün Heydər Əliyev komandasına, İlham Əliyevə sadiq olduğunu nümayiş etdirir. Bu, hakimiyyət daxilində gedən mübarizənin bir təzahürüdür. Çünki hakimiyyət daxilində iki qrup arasında bu dəqiqə ciddi şəkildə nüfuz uğrunda savaş gedir. Bunlardan biri Bakı-Şirvan klanı, digəri isə Naxçıvan-Ermənistan klanıdır. Bunlar arasında gedən bu gərgin mübarizənin təzahürü kimi bu yazı ortalığa çıxıb...».

Zəfər Quliyev:

Zəfər Quliyev
«Son məqalə əvvəlki məqalələrdən bir az fərqlidir. Əvvəlki məqalələrdə Ramiz Mehdiyev iki ampluada çıxış etmək istəyirdi. Ziddiyyətli alınsa da. O məqalələrdə özünü bir alim-akademik kimi təsdiq etmək istəyirdi. Eyni zamanda bütün məqalələrində Ramiz Mehdiyev Prezident Administrasiyasının başçısı, yəni ölkənin qeyri-rəsmi ideoloqu kimi də təsdiq etmək istəyirdi. Ona görə də onun əvvəlki məqalələrində bu iki xətt ziddiyyət təşkil edirdi. Son məqalədə isə akademik Ramiz Mehdiyev görünmür. İlk növbədə ideoloq, təbliğatçı Ramiz Mehdiyev görünür. Burda konkret mövzu yoxdur. Bu məqalədə hakimiyyət çalışır ki, demokratiyanın yoxluğunu suveren demokratiya ilə pərdələsin. Ümumiyyətlə, bu məqalədə respublikada olan heç bir problem haqqında yazılmayıb. Vurğu burada «suveren» sözünə edilir. Suveren olaq, demokratik olmasaq da. Heç kəs bizim işimizə qarışmasın, toxunmasın. Burda yenə əsas məqsəd rejimin qorunması və rejimin bu antidemokratik mahiyyətini müdafiə etməkdir...».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG