Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:25

Azərbaycan "Eurovision 2012" üçün viza qaydalarını dəyişə bilər


Əli Həsənov
Əli Həsənov
“Azərbaycan hökuməti müsabiqəyə qatılan insanların təhlükəsizliyinə, raharlığına və onlar üçün münbit iş şəraitinin yaradılmasına hazır və qadirdir.
Bu fikirləri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Trend”ə müsahibəsində deyib.
VIZA ILƏ BAĞLI ELƏ HƏLL VARIANTI SEÇILƏCƏK KI…
Şöbə müdiri qonaqların viza almasında da problemlərin olmayacağını deyib. Onun sözlərinə görə, bütün təşkilati məsələlərlə bağlı Prezident müvafiq dövlət qurumlarına göstəriş verib.
“Müsabiqəyə qədər elə bir həll variantı seçiləcək ki, Azərbaycana gələcək on minlərlə insanın viza alması sadə və asan yolla təmin edilsin”.
JURNALISTLƏR ÜÇÜN DƏ PROBLEM OLMAYACAQ
Əli Həsənov müsabiqə zamanı jurnalistlərin işləməsi üçün hər hansı problemin olmayacağını deyib:
“Bu sahədə heç bir çətinlik yaradan hala yol verilə bilməz. Azad yayımın təşkili üçün ölkəmizin bütün texniki resurslarını səfərbər edəcəyik. Beynəlxalq medianın bu prosesləri geniş işıqlandırması bilavasitə Azərbaycanın maraqlarına cavab verir”.

AZƏRBAYCAN DAHA KİÇİK OLKƏ OLSA DA DAHA ÜSTÜN YARIŞ KEÇİRMƏYƏ İDDİALIDIR

Əli Həsənov deyib ki, Azərbaycan Almaniya, İngiltərə və Rusiya kimi ölkələrlə müqayisədə daha kiçik dövlət olsa da bütün imkanlarını ortaya qoymağa və əvvəlki yarışmalardan geri qalmayan, hətta bəlkə daha üstün yarışın keçirilməsinə iddialıdır.

MİLLİ, DİNİ, FƏRQLI SIVILIZASIYA VƏ ORIYENTASIYA MƏSƏLƏSİ
Əli Həsənov cinsi azlıqların bu müsabiqəyə xüsusi marağı haqqında suallara da aydınlıq gətirib:
“Bizdə bütün dünyanın müxtəlif sivilizasiyalarını, dini cərəyanlarını təmsil edən məbədlər sərbəst şəkildə tikilir, özü də bəzi dövlətlərdə olduğu kimi muzey kimi deyil, mövcud dini icmaların, fərqli dini əqidə daşıyıcılarının ziyarətgahı kimi real fəaliyyət göstərir.

Azərbaycan həm də beynəlmiləl ölkədir və burada onlarla fərqli xalq və millətlərin, etnik qrupların nümayəndələri sülh və əminamanlıq içində yaşayırlar. Bu günədək nə milli, dini, nə də ki, fərqli sivilizasiya, oriyentasiya və s. zəminində Azərbaycanda bir dəfə də olsun hər hansı diskriminasiya halına rast gəlinməyib.

Bizim qonaqpərvərliyimiz bütün dünyada məşhurdur. Biz qonaqlarımızı hansısa dini, milli, cinsi və s. kateqoriyalarına bölməyə adətli deyilik. Bu insanlar Azərbaycanın qonaqpərvərliyinə, tolerantlığına, müasirliyinə tam güvənə bilərlər və onların ölkəmizdə azad və sərbəst olmaları üçün heç bir problem yaşanmayacaq” - deyə Əli Həsənov bildirib.
XS
SM
MD
LG