Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:04

YAP-dan yeni partiya qanunu...


YAP-dan yeni partiya qanunu...
Gözlə

No media source currently available

0:00 0:50:19 0:00
Direct-ə keçid

Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Nurəddin Məmmədli «Siyasi partiyalar haqqında» qanuna əlavə və dəyişiklikləri müzakirə edirlər.

Zahid Oruc
Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Nurəddin Məmmədli «Siyasi partiyalar haqqında» qanuna əlavə və dəyişiklikləri müzakirə edirlər.

Zahid Oruc:

«Siyasi partiyalar haqqında» qanun Azərbaycanın müstəqilliyi elan olunandan çox qısa müddət sonra qəbul olunub. Bu, tək partiyalılıqdan çoxpartiyalılığa keçid dövrünün bütün cəhətlərini tam nəzərə ala bilməzdi. Birinci növbədə 1000 nəfərdən ibarət şəxsin imzası ilə partiyalaşma prosesi başladı... Çox az sayda insanın imzası ilə partiya olmaq imkanı sonradan qovluq, sənəd üzərində partiya olmaq imkanlarını üzə çıxardı. Yeni təklif olunan qanunda üzvlük üçün lazım olan say artırılır. İkinci məsələ ondan ibarət idi ki, partiyalar regionları əhatə dairəsinə görə də fərqlənirdilər. Ona görə də bir çoxları «paytaxt partiyaları» kimi formalaşmış oldu. Yeni qanunda bu regionların əhatə dairəsi də dəyişir. Mənim aləmimdə bu yeni qanun Azərbaycanın siyasi spektrini daha inteqrasiya etdirəcək və daha güclü partiyaları ortaya çıxaracaq. Üçüncü məsələ partiyaların maliyyələşmə mexanizminin tapılmasıdır ki, bu da həmin qanunda daha geniş işıqlandırılıb. Həm qeydiyyatdan keçmiş partiyaların maliyyələşməsi təklif olunur, həm də topladığı səsə görə maliyyə formulu irəli sürülür. Eyni zamanda, deputatlarının sayına görə də partiyaların maliyyələşməsi məsələsi
Nurəddin Məmmədli

qaldırılır».

Nurəddin Məmmədli:

«Bu qanun siyasi münasibətləri formalaşdırmaq yox, yeni partiyalar yaratmaq ideyasına xidmət edir. Bizi ən çox narahat edən də məsələnin bu tərəfidir. Partiyanı təsis etmək üçün müəyyən sayda insanların birgə olması anlayışı bütövlükdə demokratik cəmiyyətlərə xas olmayan xüsusiyyətdir. Bu Azərbaycan Konstitusiyasının, konkret olaraq vətəndaşların sərbəst şəkildə toplaşaraq siyasətlə məşğul olmaq haqqındakı müddəasına tamamilə ziddir. Demokratik cəmiyyətlərdə partiya quruculuğunun bir modeli var. İstənilən vətəndaş yerli icra hakimiyyətlərinə ərizə ilə müraciət edir ki, mən bu proqram və nizamnamə əsasında siyasi fəaliyyətlə məşğul oluram və bu ünvanda yerləşirəm. Bu, onun üçündür ki, icra strukturları həmin partiyanın fəaliyyətinə nəzarət edə bilsin. Bu gün bunu artırıb, azaltmaqla bu prosesləri idarə etmək olmaz. Hakimiyyəti ölkədə partiyaların çoxluğu narahat edirsə, bunun mexanizmləri azad, demokratik seçkilərə söykənir».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG