Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:28

Yeni taksilər və uğurlu gənclər siyasəti


YENİ TAKSİLƏR...

«Azadlıq» qəzeti Bakıya yeni taksilərin gətiriləcəyindən yazır. Qəzetin bildirdiyinə görə, bu taksilərdə gediş haqqı 1 kilometr üçün 70 qəpik olacaq. İşə ingilis dilini bilən sürücülər qəbul ediləcək. Nəqliyyat Nazirliyinin sözçüsünə istinadla hazırlanan materialda daha sonra qeyd olunur ki, Bakıdakı taksilərin yenilənməsi üçün Londondan 1000 ədəd «TX4» markalı yeni taksi modelləri gətiriləcək. Sürücülərin sərnişinlərlə standartlara uyğun rəftarı bacarmaları üçün xüsusi kurslar təşkil ediləcək. Artıq iyun ayından Bakıda bənövşəyi rəngdə belə taksilər görünməyə başlayacaq. Hazırda sürücülərin yığım prosesi gedir.

UĞURLU GƏNCLƏR SİYASƏTİ

«Azərbaycan» qəzeti isə dövlətin gənclər siyasətinin Azərbaycana daha böyük uğurlar vəd etdiyini bildirir.

Müəllif Əsmər Daşdəmirova qeyd edir ki, «Gənclərlə birbaşa təması, onların arzu və istəklərini elə gənclərin öz dilindən eşitməsi cənab İlham Əliyevin bu nəslə yüksək diqqət və qayğısının göstəricisidir».

Müəllifin fikrincə, ən fəal sosial-demoqrafik qrup sayılan gənclərin cəmiyyət həyatında rolunun düzgün qiymətləndirilməsi və onlarla bağlı uğurlu dövlət siyasətinin müəyyənləşdirilməsi sürətli inkişafa can atan istənilən ölkə üçün vacib şərt sayılır. Gənc nəsillə bağlı dəqiq və dərin düşünülmüş siyasət yürüdülməsə, dünyada heç bir dövlət inkişafında böyük uğurla müşayiət olunan nəticələr əldə edə bilməz.
«Bu şərait gənclərə potensiallarını uğurlu şəkildə reallaşdırmağa, bütün mühüm sahələrdə yaşanan tərəqqiyə özünəməxsus töhfələr verməyə geniş imkanlar açır...»

GƏNCLƏRİN ETİRAZ AKSİYASI

«Yeni Müsavat» qəzeti «Bakıda bir gündə üç etiraz aksiyası» adlı yazıda mayın 22-də paytaxtın mərkəzində baş verən hadisələrə diqqəti çəkir.

«ünən Bakının müxtəlif yerlərində bir neçə qrupa bölünmüş gənclər müxtəlif növ etiraz aksiyaları keçirdilər. Paytaxtın müxtəlif yerlərində, müxtəlif saatlarda baş tutan etiraz aksiyaları, təbii ki, polis müdaxiləsi ilə üzləşdi. Amma buna baxmayaraq gənclər etirazlarını bildirməyi bacardılar».

Qəzet 40-a yaxın gəncin əllərində Bəxtiyar Hacıyev, Cabbar Savalanlı, Rüfət Hacıbəyli, Arif Hacılı, Tural Abbaslı, Əhəd Məmmədli və digər həbsdə olan gənclərin şəkillərini tutaraq paytaxtın müxtəlif yerlərində keçirdikləri aksiyanı oxucularının diqqətinə çatrır.
XS
SM
MD
LG