Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:17

Məhəmməd Rza Ləvai. Həəə… Ləvayi… həəə


Həəə…gəldin Ləvayi gəldin
Yüksəltdin əzilmiş qururunu sınıq gözlərdə
İndi gəlməz olar o uşağın təbəssümündəki gələcək
Bir xəyanət kinosudur Bakı
Ürək sancıları mesaj olur hər yerə
Güney, sözcükləri alışdırıb yandırdı
Orda nə urman yazıçılar birliyidi
Nə isə dağlar azad yazarlar
Arada bitən sözcük oldun son dəqiqə
Və ana Təbriz yeyir özünü əlvida həsrətində
Həəə…gəldin Ləvayi gəldin
Dəli buludlardan qopdu Qırat
Bakıda sevgi ayaqlarına ilişib yıxdı səni
Sən vuruldun və çezələdi siyasət
I love you gəldi
Ləvai getdi!
Getdi ürəyin Xəzər sahilində
Saatlar töküldü heyrətə
Bakını Xəzər kəmsiklədi
Qızcığazları senzurlanmış itlər
Əslində heç bir qız ay deyil burada
İşsiz qadının göz yaşıdır ay
Tökülür üstümə hər gecə
Həəə…gəldin, Ləvai, gəldin
Güney muxalifətindir quzey sukutun
İqtidar duymaz əl-ayağın
Və…burax…
Bax, Bakıda gündüz açılır
Yəqin Təbrizdə saçlarını yığır anam!..


kultaz
XS
SM
MD
LG