Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:51

Avropa Parlamenti Azərbaycanı tənqid edən qətnaməni qəbul edib


Bakıda mitinqlədrən birində müxalifət fəalı saxlanarkən, 12 iyun 2010
Bakıda mitinqlədrən birində müxalifət fəalı saxlanarkən, 12 iyun 2010
Mayın 12-də Strasbourgda qəbul edilən sənəddə Avropa Parlamenti Azərbaycanda müxalifətin etiraz aksiyalarının dağıdılmasını pisləyir, vətəndaş cəmiyyətinin, sosial şəbəkələrinin fəallarına və jurnalistlərə qarşı təzyiqlərdən “dərin narahatlıq” keçirdiyini bildirir.

Sənəddə mart və aprel aylarında müxalifətin etiraz aksiyaları zamanı 200-dən çox fəalının saxlanması tənqid olunur. Tanınmış müxalifət nümayəndələrinin və Avropa İnsan Haqları Məhkəməsinin qərarına baxmayaraq, hələ də həbsdə saxlanan jurnalistin dərhal azad edilməsinə çağırılır.

Sənəddə xüsusilə gənc fəallar Cabbar SavalanBəxtiyar Hacıyevin hökumət əleyhinə etirazlara çağırdıqlarına görə narkotik və ordudan yayınma ittihamıyla həbsi qınanılır, ölkədə insan haqları sahəsində vəziyyətin pisləşməsi tənqid olunur.

Bundan başqa, Azərbaycan hakimiyyətinin jurnalistlər və siyasi fəallara qarşı hədə-qorxu və təqibləri artırdığı deyilir.

Avropa Parlamentinin deputatları gənc fəallar Cabbar Savalan, Bəxtiyar Hacıyev və hazırda həbsdə olan jurnalist Eynulla Fətullayevi azad etməyə çağırırlar.

Onlar həmçinin Azərbaycan hakimiyyətini qanunsuz ittihamlardan imtina etməyə və ölkədə jurnalistlərin müdafiəsinə təminat verilməsini istəyirlər.

Avropaya İntqrasiya naminə Azərbaycan Milli Komitəsinin rəhbəri Rəşad Şirin AzadliqRadiosuna bildirir ki, bu qətnamə ilə ölkədə media azadlığının vəziyyətinin yaxşılaşcağına o qədər inanmır:

- Bu sənəd təzyiqlıərə məruz qalan insanlara və jurnalistlərə mənəvi dəstək və hökumətə müəyyən qədər təzyiq ola bilər. Amma bilmirəm, o, uzunmüddətli dövrdə Azərbaycanda media azadlığının vəziyyətinə nə qədər təsir edə bilər.

Amma Azərbaycanda insan Haqları Evinin rəhbəri Vüqar Qocayev bildirir ki, bu qətnamə olduqca həssas məqamda qəbul edilir. Ona görə də hökumətin addımlarına təsir edə bilər.

Son bir neçə ayda Azərbaycanda müxalifətin siyasi islahatlar tələbilə keçirdiyi mitinqlərin dağıdılmasına görə Avropa Birliyi aprelin 7-də Azərbaycana qarşı tənqid bəyanatı göndərmişdi. Hələlik sonuncu qətnaməyə Bakıdan bir reaksiya məlum deyil. Amma Azərbaycan rəhbərliyi adətən insan haqlarına görə pna yönələn tənqidləri “xarici qüvvələrin Bakıya təzyiq cəhdi” adlandırır.
XS
SM
MD
LG