Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:28

Freizer Qarabağda atəşkəsi sülhə yetərli saymır


Beynəlxalq Böhran Qrupunun Avropa Proqramının Direktoru Sabine Freizer
Beynəlxalq Böhran Qrupunun Avropa Proqramının Direktoru Sabine Freizer

BU ATƏŞKƏS NİYƏ ÖZƏLDİR?

17 il əvvəl Bişkekdə atəşkəs sazişinin bağlanmasından bu yana Azərbaycan və Ermənistan prezidentləri tez-tez bir-birinin ünvanına hədələr səsləndiriblər. Amma buna baxmayaraq, həmin razılaşma son illərin ən uzun sürən atəşkəslərindən biridir.

Beynəlxalq Böhran Qrupunun Avropa Proqramının Direktoru Sabine Freizer AzadlıqRadiosuna müsahibəsində bu atəşkəsin bir çox yönüylə “özəl” olması fikriylə razılaşır, amma müvəqqəti sülhün pozulması təhlükəsinin hələ qaldığını deyir:

- Bir tərəfdən bəli, biz bu sülhü kifayət qədər “özəl” saya bilərik. Birincisi, artıq 17 ildir ki, davam edir. İkincisi, atəşkəsin təmin olunmasında hansısa beynəlxalq sülhyaratma qüvvələrinin rolu yoxdur. ATƏT-in kiçik Monitorinq Qrupunu çıxmaq şərtiylə. Hətta belə kiçik nəzarət qüvvəsi ilə də cəbhə xətti demək olar ki, əsasən sabitdir.

10 HƏFTƏLİK RAZILAŞMA 17 İLDİR DAVAM EDİR

Amma atəşkəsin pozulması halları və tələfatların olmasını unutmamalıyıq. Təkcə bu il azı 10 nəfər cəbhə xəttində öldürülüb. Son illər ərzində gördüyümüz odur ki, cəbhə xəttində atışmalar daha ağır olur, daha çox tələfata səbəb olur və bu narahatvericidir. Odur ki, atəşkəs rejimini möhkəmlətməyə ehtiyac var”.
Bir şey aydındır ki, atəşkəs müharibəni dayandırdığı üçün hər iki tərəfə sərf edib. Əsas da budur ki, Dağlıq Qarabağ uğrunda Azərbaycan və Ermənistan arasında müharibə bərpa edilməyib.

İlkin olaraq bu atəşkəs 10 həftəlik idi. Həmin müddət ərzində tərəflər sülh danışıqlarında irəliləyiş əldə edə bilmədiyinə görə, atəşkəs uzadıldı. Və düz 17 ildir ki, davam edir.

Ancaq keçən dövr ərzində sülhün qalıcı olması üçün siyasi həll tapılmadı, danışıqlar daim davam edir, amma nəticəsi yoxdur.

ATƏŞKƏSDƏN KİM NƏ UDDU?

Azərbaycan tərəfi torpaqlarının işğal altında qalmasıyla barışmaq istəmir, erməni tərəfi də Dağlıq Qarabağın gələcək statusu məsələsinin aydın olmamasıyla. Belədə, bu atəşkəsin keçən dövr ərzində kimə daha çox sərf edib sualına Sabine Freizerin cavabı:

- Hansı tərəfin atəşkəsdən daha çox faydalandığını demək çox çətindir. Bir şey aydındır ki, atəşkəs müharibəni dayandırdığı üçün hər iki tərəfə sərf edib. Əsas da budur ki, Dağlıq Qarabağ uğrunda Azərbaycan və Ermənistan arasında müharibə bərpa edilməyib.

Amma atəşkəs kifayət deyil. Həm Azərbaycan, həm də Ermənistanın sülh sazişinin prinsiplərini razılaşdırması çox vacibdir. Bu, sonradan imzalanacaq yekun sülh sazişiylə bağlı həllin əsasını təşkil edə bilərdi. Yəni, atəşkəs müharibəni dayandırdığı üçün yaxşıdır. Amma daimi sülhü təmin etmək üçün kifayət deyil.

Ona görə çox vaicibdr ki, Azərbaycan və Ermənistan liderləri əsas prinsiplər üzərində razılığa gəlsinlər. Atəşkəs rejiminin gücləndirilməsinə də ehtiyac var. Bundan ötrü, məsələn, çox yaşı olardı ki, tərəflərin snayperlərini cəbhə xəttində geri çəkməyə, cəbhə xəttində ATƏT təmsilçilərinin daha çox olmasına razılaşsınlar. Belədə, atəşkəsin niyə pozulması və buna görə kimin məsuliyyət daşımasını da bilmək olardı.
XS
SM
MD
LG