Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:06

Sirli tender qaliblərindən biri - "Boyat"...


"Boyat" uşaqlara yeməyə nə verir?
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00
Direct-ə keçid

A.S.Makarenko adına Humanitar Təmayyüllü İnternat tipli gimnaziyadan görüntülər

"BOYAT"IN 854 MİN MANATLIQ ƏRZAQ TENDERİ

Azərbaycanda şəffaflıq haqda danışan istənilən məmur isə bu sözü işlədəcək – Tender.

Yəni, hökumətin sifarişi var, onu kimsə həyata keçirməlidir və elan olunur ki, hansı şirkət daha sərfəli təklif versə, hökumətin büdcə pulları da həmin şirkətə ayrılacaq.

Amma, reallıq göstərir ki, tenderlərin keçirilməsi heç də avtomatik olaraq şəffaflığı təmin etmir. Bəli, tenderlər mətbuatda elan olunur, amma son qərarın hansı meyarlar əsasında verildiyi haqda məlumat açıqlanmır.

Əslində isə, ictimaiyyət üçün daha çox maraq kəsb edən məsələnin məhz bu tərəfidir. İnsanlar əmin olmaq istəyirlər ki, dövlətin pulları fırıldaqçıların əlinə düşmür, qohumbazlıqlıq əsasında paylanmır və ya dövlət məmurlarının şəxsi varlanması üçün istifadə olunmur.
“Boyat” MMC nə ərzaq istehsalı müəssisələrinə, nə ərzaq saxlamaq üçün anbarlara, nə də heç olmasa, ərzağı başqalarından alıb məktəbə vermək üçün müqavilələrə malik deyil.

Məsələn, “Boyat” MMC şirkətinin tender tarixini araşdıranda şəffaflıqdan əsər-əlamət görmədik. Dövlətin bir miyon manata yaxın pulunun həvalə olunduğu bu şirkətin nəinki telefonlarını və ya internet səhifəsini, heç ofisini, poçt ünvanını və ya heç olmasa rəhbərini tapmaq mümkün idi.

“Boyat”ın qalıb elan olunduğu tenderlərdən biri Bakı ətrafındakı DRES qəsəbəsində yerləşən A.S.Makarenko adına internat tipli gimnaziyanın ərzaq təhcizatı idi.

2011-ci ildə internat tipli bu məktəbin şagirdlərinin yeməyi üçün dövlət büdcəsindən 478.000 manat ayrılıb. Bu məbləği internatda yaşayan şagirdlərin sayına (məktəb şagirdlərinin ancaq bir qismi internatda yaşayır) aldığımız nəticə dövlətin bu sarıdan heç də xəsislik etmədiyini göstərir.

AMMA UŞAQLAR SONUNCU DƏFƏ NƏ ZAMAN MEYVƏ YEDİKLƏRİNİ XATIRLAMIRLAR

Bu məktəbin həyətində şagirdlərdən bəziləri ilə ayaqüstü söhbət edib, onlardan məktbədə nə yediklərini soruşduq:

- Səhər yeməyinə yumurta, yağ, pendir yeyirik, çay içirik. Günortaya sup, qarabaşaq, ya da makaronla üstündə qıyma ət verirlər. Axşama da günorta verilən yeməklər olur. Hərdən şirə də olur.

- Meyvələr necə, olur?

- ... Deyə bilmərəm, meyvə yadımda deyil. (Kənardan) Heç verirlər ki! O sualı verməyin... (gülüşürlər.)

Bunlara da nəzər salın
Bu cür məktəblərdə uşaqlara veriləcək ərzağın miqdarı və çeşidlərini Nazirlər Kabineti xüsusi qərarı ilə təsdiqləyir. Hökumətin saytından zamanı köhnə olsa da belə bir qərarı tapdıq. Sənəddə qeyd edilir ki, uşaqlara gün ərzində 300 qram təzə meyvə, 200 qram meyvə və tərəvəz şirələri, 10 qram da qurudulmuş meyvələr verilməlidir.

Amma gimnaziyada uşaqlara nələrin verilib-verilmədiyini sona qədər öyrənmək mümkün olmadı, çünki adını deməyən bir nəfər bizi məktəbin mətbəxindən çıxardı.

"BOYAT"I GÖRDÜM DEYƏN OLDU, DANIŞAN OLMADI

Məktəbin Təhsil Nazirliyi ilə birlikdə şagirdlərə yemək verilməsinə dair elan etdiyi tenderi “Boyat” MMC şirkəti udub. Bu şirkətin təmsilçiləri ilə söhbət cəhdimiz bir neçə həftə ərzində baş tutmadı. Əslində “Boyat” MMC axtara-axtara şirkətin deyil, Bakıda Mərdəkan qəsəbəsində bir kafenin ünvanına çıxdıq. Bu kafedə isə şirkətin rəhbəri kimi təqdim edilən Elman Həsənov adlı iş adamını tapmaq müşkülə çevrildi. İki həftə ərzində hər dəfə kafedə bizim telefonu alıb Elman Həsənovun özünün bizə zəng edəcəyini desələr də ondan xəbər çıxmadı.

Elə gimnaziyanın mühasibatlığında da bildirdilər ki, artıq bizim Elman Həsənovu axtardığımızı ona çatdırıblar, özü məsləhət bilsə, zəng vuracaq.

"BOYAT" ŞİRKƏTİ ELƏ BİR NƏFƏRDƏN İBARƏTDİR?

Əlbəttə, Mərdəkan qəsəbəsində bir kafenin dövlət büdcəsindən 478 000 manat miqdarında tenderi udduğuna inanmaq çətindir.

Amma hökumət qurumlarının özlərinin bu şirkət haqqında üzə çıxardıqları bu qəribə faktı təsdiq edir.
Qanunverciliyin tələblərinə uyğun şəkildə tender keçirilib. Bizdə olan məlumata görə orada 3 şirkət iştirak edib. Təbii ki, kimsə qalib gəlməli idi.


Bizim əldə etdiyimiz sənədə görə “Boyat” MMC deyilən qurum nə ərzaq istehsalı müəssisələrinə, nə ərzaq saxlamaq üçün anbarlara, nə də heç olmasa, ərzağı başqalarından alıb məktəbə vermək üçün müqavilələrə malik deyil. Yəni, bu gimnaziyanın şagirdlərinə indi verilən ərzağın məktəbə necə gəlib bir sirrdir.

TƏHSIL NAZIRLIYI BU IŞDƏ SIRRLI HEÇ NƏ GÖRMÜR

Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə deyir ki, “Boyat” bir-neçə rəqib şirkətin qatıldığı, başqa dövlət qurumlarının müşahidə etdiyi şəffaf tenderdə qalib gəlib:

- Qanunverciliyin tələblərinə uyğun şəkildə tender keçirilib. Bizdə olan məlumata görə orada 3 şirkət iştirak edib. Təbii ki, kimsə qalib gəlməli idi. Seçimdə yalnız kimin daha keyfiyyətli və daha sərfəli qiymət təklif etməsi əsas götürülür.

"BOYAT" ƏLİLLƏRƏ ƏRZAQ ÜÇÜN DƏ 376 MİN MANATLIQ TENDER UDUB

Amma “Boyat”ın sirrləri ancaq Makarenko məktəbi ilə bitmir. Hökumətin rəsmi qurumlarından birinin ümumiyyətlə mövcudluğunu şübhə altına aldığı bu şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də iri məbləğdə daha bir tenderini udub. “Boyat” başqa 2 iri şirkətlə birlikdə 2011-ci ildə Müharibə Əlilləri üçün Müalicə Pansionatına ərzaq alınmasına elan edilmiş 376.000 manatlıq tenderi də qazanıb.

Tenderin keçirilməsinə məsul olan dövlət adamları növbəti dəfə “Boyat” MMC-nin - rəsmi sənədin dili ilə ifadə etsək - “nə ərzaq istehsalı müəssisələrinə, nə ərzaq saxlamaq üçün anbarlara, nə də ərzağı başqalarından almaq üçün subpodrat
Axı Elman müəllim elə də böyük biznesmen deyil, ondan niyə müsahibə almaq istəyirsiniz?
müqavilələrinin olmamasına” göz yumublar.

Qısası, bircə nəfərdən ibarət “Boyat” MMC bu il 2 nazirliyiə birlikdə 1 milyon dollarlıq ərzaq satacaq.

Elman Həsənovla əlaqə yaratmaq istəyəndə, Mərdəkandakı kafedən telefon zənginə cavab verən xanım təəccübünü gizlətmirdi:

- Axı Elman müəllim elə də böyük biznesmen deyil, ondan niyə müsahibə almaq istəyirsiniz?

Bizim məntiq çox sadə idi. Azərbaycanda hər il minlərlə tender keçirilir və çox zaman da bilinmir ki, bu tenderleri kim uddu, niyə uddu.

AzadlıqRadiosu belə sirrli tender qaliblərinin axtarışını davam etdirir. Bizi izləyin.
XS
SM
MD
LG