Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:06

Fukushimada zamanla ölüm-dirim bəhsi gedir


Yaponiyanın Nüvə və Sənaye Təhlükəsizliyi Agentliyi Fukushima atom stansiyasındakı vəziyyəti 4-cü böhran dərəcəsindən 5-ə qaldırıb.

BÖHRAN DƏRƏCƏLƏRİNİN MƏNASI

Bununla da, Fukushimada baş verənlər 1979-cu ildə ABŞ-ın, Pensilvaniya ştatındakı Three Mile Island nüvə stansiyasındakı fəlakətlə eyni səviyyəyə yüksəlib. Həmin stansiyada nüvə reaktorunun qismən əriməsi nəticəsində baş verənlər dünya tarixindəki ən ağır nüvə qəzalarından sayılır. Dünyanın ən ağır qəzası isə 1986-cı ilin Çernobıl hadisəsi sayılır. Onun böhran dərəcəsi 7 balla qiymətləndirilirdi.

Beynəlxalq Böhran qiymətləndirməsi sisteminə görə, 5 ballıq böhran dərəcəsi artıq o deməkdir ki, reaktordan radiaktiv materiallar sızıb, radiasiyadan ölənlər var, reaktorun nüvəsini saxlayan materiallar əriməyə başlayır .

REAKTORU SOYUTMAQ ÜÇÜN ZAMANLA BƏHSƏ GİRİBLƏR

Böhranın dərinləşməsinə baxmayaraq rəsmilər hələ ki Fukushimanın ətrafındakı 20 kilometrlik evakuasiya radiosunu genişləndirməyiblər.

Stansiyanın özündə isə xilasedicilər soyuducu sistemin elektrik enerjisini bərpa etməyə çalışırlar. Yanğınsöndürənlər, polis, silahlı qüvvələr və stansiyanın işçiləri isə radiasiyanın sızmasının qarşısını almaq üçün reaktorları və işlənmiş nüvə yanacağının saxlandığı xüsusi hovuzu soyutmağa çalışırlar.

Artıq Yaponiya hökuməti yardım üçün ABŞ-a da müraciət edib. Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Yukiya Amano isə Fukushimada vaxtla yarış getdiyini deyir.

ƏSAS TƏHLÜKƏ HARDAN GƏLİR?

İndi əsas təhlükə metal hovzularda olan işlənmiş nüvə yanacağıyla bağlıdır. Çünki əgər bu yanacaq havayla təmasa girsə sürətlə qızmağa başlayaraq ətrafa ölümcül radioktiv maddələr şüalandıra bilər.

Hökumətin sözçüsü Yukia Edano deyib ki, bunun qarşısını almaq üçün havadan vertolyotlarla, yerdən isə suvuran maşınlarla həm reaktorları, həm də atom yanacaq tullantılarını soyutmağa çalışırlar. Lakin bu tədbirlər yetərli deyil. Təcili soyuducu su nasoslarını işə salmaq lazımdır. Bunun üçün də artıq elektrik kabeli çəkirlər. Edanonun sözlərinə görə, elektrik kabeli artıq çox yaxındadır, biz bu işi bacardıqca sürətli görməyə çalışırıq ki, gec qalmayaq.

GÖRÜLƏN TƏDBİRLƏR BƏS OLMAYA BİLƏR

Amma Britaniyalı nüvə eksperti John Price deyib ki, nasosların problemi ancaq elektrik naqilləri deyil. O hesab edir ki, bu qurğularda partlayışlar və dağıntılar vaxtı başqa zədələnmələr də olub və onların tam yararsız hala düşdüyünü istisna etmir.

Üstəlik çənlər qızdıqca onların ərimə ehtimalı da sürətlə artır. Artıq polad çənlərdə çatların əmələ gəlməsi şübhəsi var.

XARİCİLƏR ÖLKƏNİ, SƏFİRLİKLƏR PAYTAXTI TƏRK EDİR

Hələ həftənin əvvəlindən Yaponiyadakı xarici vətəndaşlar ölkəni tərk eləyir. Britaniya, Fransa, Almaniya, Fransa, Avstraliya və Yeni Zelandiya rəsmən vətəndaşalarına dərhal Tokyo və şimal bölgəsindən uzaqlaşmağı tapşırıb.

Xarici dövlətlər hətta öz səfirliklərini də Tokyodan çıxarırlar. Amerika və Asiya aeroportlarında Yaponiyadan gələnləri radiaktiv müayinədən keçirəndən sonra ölkəyə buraxırlar. Çün, ABŞ və Asiya ölkələrində insanlar şüalanmadan qorunmaq üçün fəal şəkildə yod alır.

Ancaq hələ ki fəlakət zonasından 220 kilometr məsafədə yerləşən Tokyonun özündə radiasiya səviyyəsi normadan azacıq yuxarıdır. Odur ki, Yapon rəsmiləri bildirirlər ki, AES-də baş verənlər ancaq 20 kilometr radiusda yaşayanlar xaricində heç kim üçün təhlükə törətmir.

YAPONİYANIN QONŞULARI TƏLAŞ İÇİNDƏ

Yaxın ölkələrdə, xüsusən də Çində insanlar Yaponiyadan gələn xəbərləri həyəcanla izləyir. Dünya Səhiyyə Təşkilatının Çindəki nümayəndəsi Michael O'Leary deyir ki, “Bu gün əlimizdəki informasiyaya görə, hələ ki 20 kilometrlik zonadan kənarda yüksək radiasiya olmadığını bilirik. Amma təbii ki, orda baş verənləri diqqətlə izləyirik, çünki reaktorlarda nə baş verməsindən, havadan və başqa amillərdən asılı oalraq radiasiya daha uzağa yayıla bilər. Amma indilik bilirik ki, fəlakət lokallaşdırılıb və qəza başqa yerlədəki insan həyatı üçün təhlükə kəsb eləmir. "

Bu arada zəlzələ və sunaminin nəticələrini aradan qaldırmaq üçün Yaponiyada işlər davam edir. Zəlzələnin episentrinə yaxın olan Sendai Hava limanı xilasetmə işlərində iştirak edən təyyarələr və vertolyotlar üçün bərpa olunub.

Yaponiyanın şimal-şərq sahili boyunca da əsas yolların bəprası davam edir. Bölgədə yancaq qıtıığı səbəbindən yardımların çatdırılmasını ləngiyir.

Ümumilikdə 380 minə yaxın əhali hələ də fəlakətdən sonra qurulan 2200-ə yaxın çadır düşərgələrindədir. Zəlzələ nəticəsində yarım milyona yaxın adam evsiz qalıb. Polis öldüyü dəqiqləşənlərlərin sayının 7 minə yaxınlaşdığını bildirib. 10 mindən çox adam itkin düşüb.
XS
SM
MD
LG