Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:25

Yaponiya yeni nüvə faciəsi ilə çarpışır


Həkimlər atom elektrik stansiyası ətrafından çıxarılmış sakinlərin radiasiya radiasiyaya məruz qalıb-qalamadıqlarını yoxlayırlar, 13 mart 2011
Həkimlər atom elektrik stansiyası ətrafından çıxarılmış sakinlərin radiasiya radiasiyaya məruz qalıb-qalamadıqlarını yoxlayırlar, 13 mart 2011

Yaponiyada ötən həftənin cümə günü baş vermiş 8.9 bal gücündə zəlzələdən və sunamidən zədələnmiş “Fukushima” atom elektrik stansiyasında üçüncü reaktorun da soyutma sistemi sıradan çıxıb. rəsmilər bu gün səhər baş vermiş partlayışda 11 nəfərin yaralandığını, amma reaktorun özünü qoruyan örtüyün zədələnmədiyini bildirirlər.

Rəsmi məlumata görə paytaxt Tokyonun 240 kilometrliyində yerləşən bu stansiyanın ətrafında radiasiya səviyyəsinin artdığı, amma hələlik insan sağlamlığına zərərli səviyyəyə çatmayıb.

Hökumətin katibliyindən Yukio Edano bu gün səhər mətbuat konfransında deyib ki, stansiyanın 20 kilometr çevrəsindən əhali köçürülür:

- Bugün baş verən partlayışın birinci rearekatordakı kimi yalnız binada olduğu guman edilir. Stansiyanın 20 kilometr çevrəsindən insanların köçürülməsinə qərar verilib. Köçürmə işlərini həyata keçirənlərə tapşırıq verilib ki, evləri otaq-otaq axtarıb insanları çıxarsınlar.

Yaponiya mediasının xəbərinə görə sunamidən ən çox ziyan çəkən Miyagi bölgəsində 2000 nəfərin meyidi tapılıb.

ZƏlzələ və dərhal onun ardınca başlayan sunamidən həlak olanların sayının 10 000 nəfərə çata biləcəyi ehtimal edilir.

Yaponiyanın Baş naziri ötən həftə baş vermiş təbii fəlakəti ölkənin İkinci Dünya Müharibəsindən bəri üzləşdiyi ən pis böhran adlandırıb.

The Bank of Japan martın 14-də bank sisteminə rekord miqdarda – 180 milyard pul buraxıb. Bununla hökumət dünyanın üçüncü iqtisadiyyatına sahib olan Yaponiyada iqtisadi böhran barədə narahatlıqları da önləməyə çalışır.
XS
SM
MD
LG