Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:23

Yaponiyada 15-ə yaxın azərbaycanlı ilə əlaqə saxlamaq mümkün olmur


Yaponiyada güclü zəlzələ və sunami
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00
Direct-ə keçid

Martın 11-də Yaponiyada baş vermiş 8.9 bal gücündə zəlzədən sonra 10 metr hündürlüyündə dalğalarla sunami maşınları, evləri, hətta binaları yuyub aparıb.

Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Azər Hüseyn bildirir ki, paytaxt Tokyoda yaşayan Azərbaycan vətəndaşları sağ-salamatdır, səfirlik onlarla əlaqə yarada bilib. Amma 15-ə yaxın azərbaycanlı Tokyodan kənardadır. Zələzələdən sonra mobil rabitə kəsilib, ona görə həmin adamlarla əlaqə saxlamaq mümkün olmayıb:

- Yerli icra orqanları ilə sıx təmasdayıq. Hələlik onlardan da Azərbaycan vətəndaşları ilə bağlı hər hansı xəbər daxil olmayıb.
Yaponiyada zəlzələdən sonra yaranan sunami yaşayış məntəqəsini basır, 11 mart 2011

Səfir bildirir ki, Yaponiyada yaşayan Azərbaycan vətəndaşlarının sayı 50 nəfərə yaxındır. Onların çoxu səfirliyin əməkdaşları və onların ailə üzvləridir. Amma burada uzun müddət bu ölkədə yaşayanlar, tələbələr və müqavilə ilə şirkətlərdə işləyənlər də var:

- Yaponiya hökuməti hələlik yardım üçün beynəlxalq ictimaiyyətə müraciət etməyib. Çünki zəlzələdən sonrakı silkələnmələr, sunaminin sahilləri vurması hələ davam edir. Mənə elə gəlir ki, indilik nəticə çıxarıb yardım üçün müraciət etmək tezdir. Ölü və yaralı sayı tez-tez dəyişir. Amma hər halda, Azərbaycan öz yardım əlini uzatmağa hazırdır.

***

Martın 11-də Yaponiyanın şimalında 8.9 bal gücündə zəlzələ baş verib. Zəlzədən dərhal sonra yaranan güclü sunami maşınları, evləri, gəmiləri, hətta binaları yuyub aparıb.
Natoiri şəhəri sumani cəngində, 11 mart 2011

Xəbərlərə görə paytaxt Tokyo da daxil olmaqla ölkənin sahilyanı ərazilərində xeyli sayda yaralılar, yanğınlar var. Rəsmilər 40-da çox adamın həlak olduğunu, çox sayda insanın isə hələlik itkin sayıldığını bildirirlər.

Ölkənin əsas atom elektrik stansiyasında soyutma sistemi sıradan çıxdığında hökumət fövqəladə vəziyyət elan edib. Stansiya özü fəaliyyətini dayandırıb. Rəsmilər ətrafas radiasiya sızıntısı olmadığını bildirirlər.

Hökumət əhalini xəbərdar edib ki, 10 metr hündürlüyündə dalğalar var, mümkün qədər hündür ərazilərə çıxamq lazımdır.

Zəlzələ Yaponiyanın sahilindən 125 kilometr aralıda, Honsyu adasından 24 km şərqdə, 10 kilometr dərinlikdə baş verib.

Baş nazir Naoto Kan televiziya ilə müraciətində xalqı sakitliyə çağırıb və bildirib ki, hökumət mümkün olan hər şeyi edir.

Hökumət zəlzələdən ziyan zəkən ərzilərdə əhaliyə yardım üçün ordunu həmin bölgələrə cəlb edib.

Zəlzələnin mərkəzindən 400 kilometr kənarda olan paytaxt Toktoda da binalar silkələnib.
Fukushima rayonunda zəlzələ fəlakəti, 11 mart 2011

Yaponiyanın İctimai kanalının müxbiri hətta canlı yayım zamanı zəlzələ sonra təkrar təkanları hiss etdiklərini bildirib:

BMT də məlumat verib ki, 30 beynəlxalq xilasetmə qrupu Yaponiyaya getmək üçün hazırdır.

ABŞ-ın Sunami Xəbərdarlıq Mərkəzi Sakit okean sahili boyunca əksər ölkələrdə sunami təhlükəsi haqqında xəbər verib. Bura Rusiya, Tayvan, Filippin, İndoneziya, Avstraliya, Yeni Zelandiya, Cənubi Amerika sahilləri aiddir. Rusiya sunami təhlükəsiz zonasından 11 000 vətəndaşı evakuasiya edib.

Dünyanın seysmoloji cəhətdən fəal olan regionunda yerləşmiş Yaponiyada zəlzələ tez-tez baş verir. 1995-ci ildə baş vermiş zəlzələdə 6 400 nəfər həlak olmuş, ölkəyə 100 milyard dollar ziyan dəymişdi.
XS
SM
MD
LG