Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:55

Sünni ruhanilər iki cəbhəyə bölünüb


Qahirənin Təhrir meydanında etirazçılar Misir prezidenti Mübarəkin istefa qərarını bayram edirlər. 11 fevral 2011
Qahirənin Təhrir meydanında etirazçılar Misir prezidenti Mübarəkin istefa qərarını bayram edirlər. 11 fevral 2011
Yaxın Şərqdə sünnü ruhanilərin fikri haçalanıb: ərəb ölkələrində baş qaldıran üsyanları dəstəkləmək lazımdırmı?

Bir cəbhədə Səudiyyə Ərəbistanındakı hakimiyyətyönlü ruhanilər dayanıb. Bunlar mühafizəkar Sələfilərdir. Onlar belə üsyanların İslama zidd olduğunu bildirirlər.

Digər cəbhədəkilər isə islahatpərəst ruhanilərdir. Məsələn Misirdə, Tunisdə...

İslam aləmində ruhanilərin nüfuzu böyükdür

Milyonlarla insan onların göstərdiyi yolla gedir, onların tövsiyələrinə əməl edir.

Üsyanların baş verdiyi ölkələrin gələcəyi indi qeyri-müəyyən görünür. Və ruhanilərin bəyanatları bu məsələdə həlledici rol oynaya bilər.

Martın 6-da Səudiyyə Ərəbistanının Üləmalar Şurasının bəyanatında bildirib ki, məsələn, hansısa məsələlərə etiraz edənlərin bununla bağlı imza toplaması “qızışdırıcı hərəkətdir” və “böyük olan Allahın buyruqlarına ziddir”.

Digər tərəfdən misirli Üləma Gamal-əl Banna deyir ki,

İslam və demokratiya bir-birinə zidd deyil

“Etirazlar və nümayişlər xeyrə xidmət etməyin və şərə qarşı çıxmağın mühüm yollarından biridir. Nümayişlər onu göstərir ki, xalq özünün pozulmuş haqlarını bərpa etmək və öz haqlarını tələb etmək istəyir”

İslahatçı ruhanilər çox vaxt Türkiyəni misal çəkir, orada islamçı köklərə malik Ədalət və İnkişaf Partiyasının demokratik dəyərlərlə İslami görüşləri sintez edə bildiyini deyirlər.

Bunun ayrı bir nümunəsi Misirdə “Müsəlman qardaşlığı” təşkilatının Türkiyənin AKP partiyasına oxşar adla – Azadlıq və Ədalət Partiyası yaratmaq cəhdləridir.

Brooking Universitetinin Dohadakı Mərkəzinin rəhbəri Şadi Həmid deyir ki,

Ruhanilər arasında bölünmə dini görüşlərlə yox, siyasi baxışlarla bağlıdır

O qeyd edir ki, tanınmış üləmalardan biri – məsələn, Qətərdə yaşayan Yusuf al-Qaradawi islamçıdır və onun adı Misirdəki “Müsəlman qardaşlığı” təşkilatı ilə assosiasiya edilir.

Mübarəkin istefasından bir həftə sonra o Qahirənin Təhrir meydanında cümə namazı zamanı yüz minlərlə insana müraciət edərək demişdi ki, onlar öz əldə etdikləri azadlıqlarını və inqilablarını axıracan müdafiə etməlidirlər.

Brooking Universitetinin Dohadakı Mərkəzinin rəhbəri deyir ki, belə çıxışlar göstərir ki, ərəblərin yeni nəsli dinin dövlətdən ayrılmasını, dövlət başçısının xalq tərəfindən seçilməsini istəyir.

“Hətta Müsəlman qardaşlığı da bunu təbliğ edir. Amma biz bir məsələni nəzərə almalıyıq. Bu, Qərb ölkələrindəki dinin dövlətdən tamamilə ayrı olması prinsipindən fərqlənir. Ərəb dünyasında insanların çoxu – sorğulara görə - dinin cəmiyyətdə geniş rol oynamasına tərəfdardırlar”.

Delaware Universitetinin alimi Müqtədir Xan isə deyir ki, o,

İslam ölkələrində demokratik islamçı hərəkatların meydana çıxacağını

gözləyir - Avropada xristian-demokrat hərəkatı kimi.

Onun fikrincə, belə hərəkatlar qərb demokratiyasının bir sıra dəyərlərini qəbul edəcəklər, daha onların şəritə zidd olduğunu deməyəcəklər.

“Belə hərəkatların nəticəsi o olacaq ki, ölkənin yalnız şəriət qaydaları ilə idarə edilə biləcəyini deyənlərin, xüsusən də Səudiyyə Ərəbistanının ərəb dünyasındakı mövqeyi zəifləyəcək.
XS
SM
MD
LG