Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:18

Baradei deyir ki, Mübarəkin çıxışı xalqı aldatmaq cəhdidir


Misir prezidenti Hüsnü Mübarək xalqa müraciətində sentyabrda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini bəyan edib.

82 yaşlı Mübarək səlahiyyət müddətinin qalan hissəsini hakimiyyətin dinc yolla ötürülməsinin təmin olunmasına həsr edəcəyini söyləyib: “İndi mənim əsas vəzifəm hakimiyyətin növbəti seçkilərdə kimliyindən asılı olmayaraq xalqın seçdiyi şəxsə dinc yolla ötürülməsi üçün ölkədə təhlükəsizliyi və sabitliyi bərpa etməkdir. Tam səmimiyyətlə deyirəm, hazırda baş verənlərdən asılı olmayaraq, mən növbəti müddətə prezident seçilmək niyyətində deyiləm. Mən həyatımın həddən artıq hissəsini Misirə və onun xalqına xidmətə həsr etmişəm. Lakin indi xalqım naminə səlahiyyətimi başa vurmağa qərarlıyam.”

Müxalifətin islahatçı liderlərindən olan Məhəmməd əl-Baradei Mübarəkin çıxışını xalqı aldatmaq cəhdi kimi qiymətləndirib.
XS
SM
MD
LG