Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:20

Misirin indisi İranın 1979-cu ilinə oxşayır?


Qahirədə Mübarəkin istefasını tələb edən aksiya iştirakçıları, 31 yanvar 2011
Qahirədə Mübarəkin istefasını tələb edən aksiya iştirakçıları, 31 yanvar 2011
“The Washington Post”

Richard Cohen yazır ki, Yaxın Şərqdə vəziyyət pisdən daha pisə gedir. İsrail-Fələstin sülh razılaşması heç üfüqdə də görünmür. Livan sadəcə olaraq bir Hizbullah dövlətinə çevrilir. İran getdikcə regional gücə çevrilir. Az-çox sabit olan Misir isə artıq xaosa qərq olur.

Misirn problemləri ucsuz-bucaqsızdır. Bu dövlət vətəndaşlarını müdafiə edə bilmir. Həyat sanki donub. Demokratiya üçün vacib olan ictimai və siyasi institutlar demək olar yoxdur. Növbəti, ya da ən azı ondan sonrakı hakimiyyəti islamçılar formalaşdıracaqlar. Bu halda, İsraillə sülh şəraiti də ortadan qalxacaq.


“The New York Times”

ABŞ Senatında Xarici Əlaqələr Komitəsinin rəhbəri John Kerry yazır ki, hətta, əgər son günlərin etirazları yaxın günlərdə yatırılsa belə, bizim Misir xalqı və dövləti ilə münasibətlərimiz əvvəlki qaydasında olmayacaq.

Bu hadisələr həmçinin ABŞ-ın əzəli ərəb müttəfiqləri ilə münasibətlərə yenidən baxması zərurətini ortaya çıxarır.

Son həftələrin hadisələrinə görə indi ABŞ-a qınaqlar səslənir ki, Misir rejiminin əməllərinə göz yumub. Bu doğrudur ki, bizim ictimai ritorikamız heç də həmişə ictimai narahatlıqları birbaşa əks etdirmir. Amma eyni zamanda o da başa düşülməlidir ki, bizim əlaqələrimiz ABŞ-ın xarici siyasət maraqlarının təmin edilməsinə və regionda sülhün qorunmasına yönəlib. İndi də həm bizim, həm də Yaxın Şərqin maraqlarının qorunması üçün Misirlə münasibətlərdə səhv etməmək gərəkdir.

ABŞ-ın bəyanatları Misir xalqına real yardımlarla müşayiət olunmalıdır. 30 ildir ABŞ Mübarəkin siyasətini müdafiə edib. İndi isə biz Mübarək erasından sonrakı dövrə baxıb, həmin dövrün siyasətini aparmalıyıq.


“The Wall Street Journal”

Ronen Bergman məqaləsində Ağ Evin Misirlə münasibətlərini əsas gətirərək yazır ki, Obama hökumətinin Yaxın Şərq siyasəti qətiyyən uzaqgörən deyil. Misirdə etiraz askiyalarından bir neçə gün əvvəl prezident Hüsnü Mübarək ABŞ-ın sadiq və dəyərli müttəfiqi adlandırlır, onun rejiminə 2 milyard dollar yardım verilirdi. Bu ölkədə insan haqları sahəsində problemlər haqqında çox ehtiyyatla danışılırdı.

Amma bircə həftə sonra etiraz askiyaları başlayan kimi ABŞ-dan verilən bəyanatların tonu dəyişdi. İnsan haqları və demokratiya problemləri bu bəyanatlarda əsas yerə çıxdı, hətta, Misirə yardımların dondurula biləcəyi haqqında söhbət getdi.

Bu yanaşmanın səhv olmasının ən bariz nümunəsi 1978-1979-cu illərdə prezident Jimmy Carterin İran hadisələrində buraxdığı səhvlərdir. Şah on illərlə İranda azadlıqları boğsa da ABŞ özünün neft və silah satışı maraqlarına görə buna göz yumurdu.

1977-ci ilin ərəfəsində prezident Carter Şahı regionda “sabitlik adası” adlandırırdı. 1978-ci ilin payızından iranlılar Şaha qarşı etiraz askiyalarına başlayanda isə cənab Carter az qala hər şeyi bir kənara qoyub İranda demokratik islahatlar və insan haqlarının qorunmasına israr etdi. Amma Şah devrildi və ABŞ-dan olan çağırışlar isə əks-effekt verdi.

İnsan haqları və demokratiya istəyəndə açıb, istəyəndə bağlana bilən bir şey deyil.
Keçmişin təcrübələrinə əsasən demək olar ki, əgər Mübarəkin rejimi dağılsa, təkcə bu ölkədə ABŞ-ın maraqlarına ziyan dəyməyəcək, ümumilikdə Misirdə azadlıqlar dramatik şəkildə geriləyəcək. ABŞ da Yaxın Şərqdə indikindən daha gərgin bir vəziyyətlə üzləşəcək.


“The Financial Times”

Gideon Rachman da yazır ki, ABŞ-ın Misir siyasit istər-istəməz İran inqilabı zamanı buraxılan səhvləri yada salır. 1979-cu ildə inqilab zamanı Qərb liberalları bunu alqışlamışdılar. Amma şahı daha pis biri əvəz etdi.

Amma İran İslam dünyasında avtokratiya əleyhinə ilk inqilab nümunəsi deyil. 1998-ci ildə belə inqilabla İndoneziyada Suxartonun 32 illik hakimiyyətinə son qoyuldu. Bu gün İndoneziya getdikcə güclənən demokratik bir ölkəyə çevrilir.

Misirdə də üsyna sözsüz ki, təhlükəli şeydir. Amma bu, bütün ərəb dünyasında on illələr arzulanan bir hadisədir.
XS
SM
MD
LG