Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:53

Paltaryuyan maşın haqda şeir















Paltaryuyan maşın haqda şeir


Küsülüdür ər-arvad,
qucaqlaşmır, öpüşmür,
yatmırlar neçə gündür
bir döşəyin üstündə

ona toxunmaq indi
dəhlizlərdə bir görüş, -
biri mətbəxə gedib
biri geri dönəndə

küsülüdür ər-arvad,
qucaqlaşmır, öpüşmür,
yatmırlar neçə gündür
bir döşəyin üstündə
amma ki, paltarları
sıxılıb qucaqlaşır paltaryuyan maşında

qadının ətəkləri,
kişinin şalvarları,
sonra daha naziklər, -

qadınkılar ağ,
kişinkilər qara,
qadınkılar güpür,
kişinilər pambıq,
qarışıb sevişirlər suların ortasında,
heç küsülü deyillər şüşənin arxasında

o indi yan otaqda futbola baxmaqdaykən,
sən indi bu otaqda təmizlik etməkdəykən

barışdırır,
sarmaşdırır,
sevişdirir sizi
Samsung paltaryuyan makina
ağ köpüklər içində
1 saat 30 dəqiqəlik rejimdə

20 iyul 2009


Tapmaca

Onun qoltuqlarında,
ayaqlarında, sifətində
çoxlu sərt tüklər bitir,
səsi qalın olur,
cinsi orqanı bədəninin aşağı hissəsindədir,
ürəyi yuxarı hissəsində.
aşağı bərkiyəndə
yuxarı yumşaq olur,
əksinə, aşağı yumşaq olanda
yuxarı bərk.
ilk baxışdan fərqlənsə də
hamısı bir bezin qırağıdı
açması?

***

Bayaqkı asan oldu,
indi çətinin deyim.
bir ölkədi,
neft ölkəsidi,
təzəlikcə orda saxta seçki keçirildi,
orda bir şah başçıdı uzun illərdi,
qəribədi,
kim ayrı cür danışsa tutub basırlar dama,
camaatının çoxu kasıbdı, acdı,
amma varlılar deyir ki, yoox, toxdu,
özləri elə deyirlər,
özləri öz pullarını görmürlər.
Şaha işləyənlər çox varlıdılar,
rüşvət alırlar,
daha adamlar ləzzət eləmir,
ayıları damladırlar.
küçələrdə adamlar qaşqabaqlı
tarı, kamanı, sazı,
açması?

***

Yox, bu da asan oldu,
indi bir az çətinin deyəcəm.
o nədir ki,
başının yerində şorqoğalı var,
amma o qoğalı yemək olmaz.
əlləri şüşədəndir,
ayaqları dəmirdən,
gözlərinin içi qırmızıdı,
axşamlar yaşıla çalır,
yalasan, likor dadır,
açması?

08 noyabr 2010
adyazar.az
XS
SM
MD
LG