Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:18

İran Misirdəki nümayişçilərin tələblərini haqlı sayır


Iranın xarici işlər naziri Ramin Mehmanpərəst Misirdəki nümayişləri “ədalət axtaranların hərəkatı” adlandırıb. (İSNA)

Mehmanpərəst deyib ki, “müsəlman misirlilərin ədalət axtarışı yönündə addımları onların milli və dini tələblərinə uyğun gəlir”.

“Misir rəsmiləri xalqa qarşı zorakı münasibətdən çəkinməli, müsəlman əhalinin səsini eşitməli və onların tələblərini yerinə yetirməlidir”.

Son günlər Misirdə hökumətə qarşı etirazlarda 40-a yaxın adam ölüb, 1300-dən çox adam yaralanıb.
XS
SM
MD
LG