Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:45

Nüfuzlu türk jurnalı Azərbaycan yazarlarına niyə maraq göstərmir?


Semih Gümüş
Semih Gümüş
İstanbuldakı NOTOS ədəbiyyat jurnalının baş redaktoru Semih Gümüşün "Oxu zalı"na müsahibəsi.


Sual: Nəşriyyatınızın və jurnalınızın fəaliyyəti barədə məlumat verə bilərsinizmi?

Cavab: Mən NOTOS nəşriyyatının uzun illərdən gələn naşirlik təcrübəmə güvənərək qurmuşam.

2006-cı ildə bu nəşriyyatı yaradarkən kitab bazarlnda böyük rəqabət olduğunu bildiyimə görə, buranı butik nəşriyyat şəklində qurdum.

Biz başqa nəşriyyatların diqqət sahəsinə girməyən kitabları seçərək o kitabların dizaynını və cildini də özümüz hazırlayırıq.

Kitablarımızın çap keyfiyyətinə çox önəm veririk. Türkiyədə kitab oxuma səviyyəsi aşağıdır – bu baxımdan bizim də kitab bazarından böyük pay aldığımızı deyə bilmərəm.

2009-cu ildəki böhrandan sonra kitab satışı daha da azalmışdır.

Yaxın illərdə həm kitab çapını, həm də müəlliflərin sayını artırmağı düşünürük.

Jurnala gəlincə; əslində onun bizim fəaliyyətimizdə xüsusi yeri vardır.

Biz NOTOS jurnalını 2006-cı ilin dekabr ayından bəri çıxarırıq. İşin əvvəlində jurnalda hekayə janrında əsərlər çap etdik.

2 ildən sonra isə ədəbiyyatın bütün janrlarını əhatə edən əsərləri jurnalımızda işıqlandırmağa başladıq.

Sual: NOTOS-un mənası nədir?

Cavab: Bunu oxucularımız da bizdən tez-tez soruşurlar, çünki bu, Türkcə bir ad deyildir.

Mən özüm Aralıq dənizi sahillərindənəm və o bölgəni çox sevdiyimə görə, oraya uyğun bir ad seçdim.

Mənası- “Cənub küləyi”-dir. Bu, Aralıq dənizi, Ege və İstanbul ilə ahəngdar olan bir addır.

Türkiyədə ədəbi jurnalların da satışı azdır və buna görə də biz də bəzən iqtisadi problemlərlə üzləşirik.
Biz bunu nəzərə alaraq, jurnalımızın tərtibatına da önəm verdik ki, ədəbiyyat jurnalının oxucusu olmayanların da diqqətini cəlb etsin. Jurnalımızın əsas xüsusiyyətlərindən biri- onun aktuallığıdır. İndi NOTOS Türkiyədə ən çox satılan ədəbiyyat jurnalıdır.

Hal-hazırda jurnalımızın öz fəaliyyətini davam etdirə bilməsi üçün hər hansı bir problem görünmür, ancaq sabah ortaya hansısa problemin çıxmayacağına da heç kim təminat verə bilməz.

Bizim əsas təminatımız oxucular olduğuna görə, onlarla ünsiyyəti daha da sıxlaşdırmağa çalışırıq.

Sual: İndiyə qədər hansı tanınmış müəlliflərin əsərlərini çap etdiniz?

Cavab: Türk müəlliflərin əsərləri ilə tərcümə kitabların təxminən yarıbayarı çap edirik. Edqar Lemponun, Marsel Prustun kitablarını çap etmişik.

Bunlar bizim ən çox satılan kitablarımızın arasındadır.

Türk yazarlarından Yaşar Kamal, Cemil Kavukçu, Faruk Dumanın kitablarını çap etdik.

Bu günlərdə fəlsəfəyə dair kitablar seriyasının çapına başlayacağıq ki, bununla bağlı çap planımıza universitet professoru olan üç Türk filosofunun kitablarını daxil etmişik.

Sual: Jurnalınızın tirajı neçə ədəddir?

Cavab: Jurnalımızın hər nömrəsinin tirajı 4 min ədəd olur.

Türkiyədəki bir neçə ədəbi jurnaldan biri olan NOTOS ölkənin 72 vilayətində təxminən 900 satış nöqtəsində satılır.

NOTOS Türkiyədə ən çox satılan ədəbi jurnaldır.

Sual: 4 min tirajın hamısı satılırmı?

Cavab: Yox, kiosklardan geri qayıdan da olur.

Sual: Satışlar jurnalın xərclərinə kifayət edirmi?

Cavab: Bəli, kifayət edir. O məsələdə, hələlik, bir sıxıntımız yoxdur.

Sual: Reklam alırsınızmı?

Cavab: Bəli, reklam alırıq və bu da bizə jurnalı yaşatmaq üçün önəmli dəstək olur. Nəşriyyatımızn elanlarını da jurnalımızda veririk.

Sual: Türk nəşriyyatları Qərb ədəbiyyatını həvəslə çap edirlər, ancaq Şərq ölkələrinin ədəbiyyatını çap etmək söhbəti gündəliyə gələndə, o həvəsi görmürük.

Sizcə, bunun əsas səbəbi nədir? Heç Azərbaycan ədəbiyyatından nəyisə çap etmək fikriniz oldumu?

Cavab: Düzdür, Türkiyədə çox kitab çap edilir, tərcümə kitabları heç vaxt bazardakı ümumi kitab miqdarının yarısından az olmur.

Bizim qonşu ölkələrin ədəbiyyatına maraq göstərməyimizdən söhbət gedə bilməz.

Bunun əsas səbəbi o ölkələrin ədəbiyyatının Türkiyədə lazımi dərəcədə tanıdılmamasıdır.

Türkiyənin yazarları Qərb mədəniyyətinə daha açıq şəkildə yanaşarkən, Şərqə qarşı daha qapalı olublar. Şərq ölkələrinin ədəbiyyatı burda tanınmır.

Bu gün nəinki oxuculardan, hətta yazarların çoxundan Azərbaycan ədəbiyyatı ilə bağlı nə soruşsanız, onların xəbərinin olacağını zənn etmirəm.

Bu bariyerin aşılması problemi tam mənada olmasa da, önəmli dərəcədə həll edə bilər. Yazarların və naşirlərin şəxsi təşəbbüs göstərmələri lazımdır.

Sual: Kitab bazarına baxanda Azərbaycanın 25-45 yaşlarındakı heç bir yazarının kitabını görə bilməzsiniz. Nəşriyyatınız və jurnalınız gənc Azərbaycan ədəbiyyatından əsərlər çap etməyə necə baxar?

Cavab: Jurnalda çap etməyimiz üçün heç bir problem yoxdur.

Kitab kimi çap etmək barədə isə bir az dərindən düşünməliyik. Çünki bizim çap etdiyimiz kitabların məsrəfi çox olur.

Sual: Əgər cavan bir Azərbaycan yazıçısının romanını çap edərsinizsə, onun tanıdılması üçün hansı işləri görərsiniz?

Əgər bir kitabın tirajı 1000 ədəddirsə, o kitabın öz məsrəflərini çıxarması üçün neçə ədədi satılmalıdır?

Cavab: Bizim kitabların maya dəyəri həmişə yüksək olur. Əgər ilk tirajı 1000 ədəd olan bir kitabın yarısını satarsaq, məsrəflər çıxar.

Sual: Mədəniyyət nazirliyi kitabxanalara sizin kitab və jurnallırınızı aldırmırmı?

Cavab: Nazirliyin bu işlərə ayırdığı pul az olduğuna görə, biz kitablarımızın bir qisminin dövlət tərəfindən alınması üçün məsələ qaldıra bilmirik.

Nazirliyin aldığı kitablardan gələn pul bizi qane etmir.

Sual: Azərbaycan ədəbiyyatından bir hekayə antologiyası qovluğu gətirsək, çap etməyə niyyətiniz olarmı?

Cavab: Jurnalda çox şey çap edə bilərik.

Sual: Çap planınızda hansı xarici yazarlar var?

Cavab: Çili və Argentinadan 2 gənc yazarın əsərini çap edəcəyik. Argentinalı yazar Julio Kortazarın romanı da bizdə işıq üzü gçrecekdir.
XS
SM
MD
LG