Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:03

«WikiLeaks» məlumatlarına rəsmi açıqlama verildi


“Biz diplomatik korpusların xarici hökumətlərlə apardığı, Dövlət Departamentinə aid olduğu iddia edilən minlərlə gizli məktubun yayılacağını gözləyirik. Təbiət etibarilə Vaşinqtona məlumat verilməsi qərəzsizdir və natamam informasiya toplusudur.

ABŞ Dövlət Departamentinin WikiLeaks təşkilatının yazdıqlarına dair bəyanatında belə deyilir.

BU, SON SİYASİ QƏRARLARA TƏSİR EDƏ BİLMƏZ


Bəyanatda qeyd edilir ki, yayılan məlumatlar son siyasi qərarlara təsir edə bilməz:

“Bu, hər zaman son siyasət qərarlarının formalaşmasına təsir edən məlumatlar deyil. Hər halda, dünyanın bir çox qəzetlərində məktubların mahiyyəti barədə titul vərəqlərdə çap edilməsi xarici hökumət nümayəndələri və müxalifət liderləri ilə şəxsi müzakirələri təhlükə altına qoya bildi. Bu təkcə ABŞ xarici siyasət maraqlarını yox, həm də bizim dünyadakı bütün əlaqələrimizi və dostlarımıza dərin zərbə vurdu”.

Departament bəyan edir ki, bu cür məlumatların yayılması təhlükəlidir:

“Aydındır ki, məlumatların aşkarlanması diplomatları, peşəkarları, ABŞ-a demokratiya və açıq hökumət üçün yardım edən adamları təhlükə altında qoyur. Bu sənədlərdə həmçinin repressiv rejimlər altında yaşaya və işləyən, açıq və azad cəmiyyət qurulmasına çalışan adamların adı da ola bilər.


İNSANLARIN ŞƏXSİ HƏYATLARINI TƏHLÜKƏ ALTINA QOYUR


Prezident Obama həm vətənində, həm də dünyanın hər yerində məsuliyyətli, hesabat verən və açıq hökuməti dəstəkləyir. Amma bu tələsik və təhlükəli hərəkət bu məqsədə qarşıdır. Bu oğurlanmış gizli məlumatlarla “Wikileaks” yalnız insan haqlarını deyil, həmçinin bu adamların şəxsi həyatını təhlükə altına qoyur. Biz gizli, qadağan edilmiş sənədlərin açıqlanmasını pisləyirik”.

ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Keith Bean AzadlıqRadiosuna açıqlamasında deyib ki, gizli olduğu iddia edilən sənədlərə şərh verə bilməz:

“Diplomatların əsas işlərindən biri çalışdıqları cəmiyyətin inkişafı barədə məlumatlar verməkdir. Bir qayda olaraq biz gizli məlumatların olduğu iddia edilən sənədlərə şərh vermirik. Biz təşkilatlar və fərdlər barədə bu cür məlumatların bilərəkdən və icazəsiz yayılmasını qətiyyətlə pisləyirik. Belə məlumatlar insanların həyatını təhlükəyə atır”.

QOY AMERİKALILAR TƏSDİQLƏSİNLƏR, SONRA...


Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov WikiLeaks təşkilatının yazdıqlarını şərh etməkdən imtina edib. Bununla bağlı ABŞ səfirliyinə müraciət etməyi məsləhət görüb.

«Bunu bir amerikalı yazıbsa, onu mən niyə şərh etməliyəm? Bu doğrudursa, həqiqətdirsə, qoy bunu birinci ABŞ Dövlət Departamenti özü təsdiqləsin. Desin ki, bu, həqiqətdir, ya saxtadır. Təsdiqlənməyən sənədə mən necə şərh verim? Bu təşkilat yüz şey yaza bilər. Onun hər biriylə bağlı ayrı-ayrı təhqiqat aparası deyiləm ki... Birinci amerikalılar təsdiqləsinlər ki, bu, rəsmi sənəddir sonra baxaq».
XS
SM
MD
LG