Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:29

Bəxtiyar Hacıyev yenə saxlanıldı


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Noyabrın 28-də Bəxtiyar Hacıyevi yenə Gürcüstan-Azərbaycan sərhədindəki Qırmızı körpü sərhəd keçid məntəqəsində saxlayıblar. Bu barədə AzadlıqRadiosuna Bəxtiyar Hacıyev məlumat verib.

“Birinci dəfə məni noyabrın 18-də saxlayıb buraxandan sonra mənə demişdilər ki, bəzi anlaşılmazlıqlar olub və sən istədiyin vaxt ölkədən çıxa bilərsən. Amma sərhədçilər indi mənə deyirlər ki, ölkədən çıxmağına qadağa var və ona görə səni saxlamışıq. Mən təxminən saat 15:00 radələrindən sərhəd keçid məntəqəsindəyəm”

Bəxtiyar Hacıyev deyir o, təhsil məsələləri ilə bağlı bazar ertəsi Gürcüstanda olmalıdır və ölkədən çıxmağının səbəbi də budur.

Sərhədçilər məsələ barədə danışmaq istəmirlər. Bəxtiyar Hacıyev bundan əvvəl saxlanılanda sərhəd keçid məntəqəsinin adının çəkilməsini istəməyən əməkdaşı AzadlıqRadiosduna bildirmişdi ki, ümumi axtarış sistemi bazasında Bəxtiyar Hacıyevin Azərbaycanı tərk etməməsi haqqında göstəriş var və buna əsasən o saxlanılıb.

Bəxtiyar Hacıyev birinci dəfə noyabrın 18-də sərhəddə saxlanılanda o əvvəlcə Qazax regional Hərbi Prokurorluğuna, daha sonra Gəncə şəhər polis idarəsinə və daha bir neçə ünvana aparılıb. Hər dəfə ona kimliyi, harda təhsil alması və s. məsələlərlə bağlı sullar verilib.

Bəxtiyar Hacıyev 7 noyabr parlament seçkilərində 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputatlığa namizəd olub. Mərkəzi Seçki Komissiyasının rəsmi nəticələrinə görə, o, bu dairədə 749 səs topayıb və üçüncü olub.

Bəxtiyar Hacıyev 2007-ci ildə təsisçisi olduğu www.susmayaq.biz saytına girişin əngəllənməsindən sonra da həbs olunmuşdu. O, Nərimanov rayon məhkəməsinin qərarı ilə 12 sutka həbs cəzasına məhkum edilib. Həmin ərəfədə www.susmayaq.biz saytı Tarif Şurasının Azərbaycanda enerjidaşıyıcıların qiymətlərinin qaldırılması barədə verdiyi qərara etiraz olaraq imzatoplama kampaniyasına başlamışdı. Bəxtiyar Hacıyev bu kampaniyadan əvvəl isə «Təhsildə Rüşvətə YOX deyək» hərəkatının təşkilatçısı kimi etiraz piketlərində həbs olunmuşdu.
XS
SM
MD
LG