Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:14

Rus kilsəsi Tolstoyu bağışlamaqdan imtina etdi


Rus Pravoslav Kilsəsi Lev Tolstoyu bağışlamaqdan imtina edib.

Noyabrın 20-də dahi yazıçının ölümünün 100 ili tamam olub və bununla bağlı Rusiya Kitab Birliyinin rəhbəri Sergey Stepaşin rus kilsəsinin rəhbəri – Patriarx Kirilə müraciət edərək yazıçının xristianlıqdan kənarlaşdırılması ilə bağlı 1901-ci ildə qəbul edilən qərara yenidən baxılmasını xahiş etmişdi.

Patriarxın xeyir-duası ilə Stepaşinə məktubla cavab verən Kilsənin mədəniyyət şuarsının katibi arximandrit Tixon qeyd edib ki, əslində yazıçı özü xristianlıqdan imtina etmişdi, kilsə sadəcə 1901-ci ildə bu faktı təsdiqləyən qərar qəbul etmişdi. .

“Qraf Tolstoy özü kilsə ilə əlaqələrinə son qoymuşdu və bunu imkan düşdükcə bəyan edirdi”.

Arximandrit heç də “bədniyyətli tarixçilərin və publisistlərin yazdığı kimi” kilsənin Tolstoyu lənətləmək haqda qərar qəbul etmədiyini bildirib.

“Pravoslavlar Tolstoyun bir yazıçı kimi böyük istedadına hörmətlə yanaşsalar da, onun antixristian ideyalarını qəbul etməməkdə davam edirlər”.

1901-ci ildə “Dirilmə” romanına görə yazıçını pravoslavlıqdan xaric etmişdilər.

Yazıçı haqda qərarı 1901-ci ilin fevralında Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodu qəbul etmişdi.

Bir çox tarixçilərin yazdığına görə, sinodun qərarı ilə Tolstoy “Allahı və İsa peyğəməbəri inkar etdiyi”, “Allahın verdiyi yazıçı istedadından sui-istifadə edib xalq arasında pravoslav inancını məhv etməyə yönələn fikirləri yaydığı”, “İsanın dirilməsi ideyasını inkar etdiyi” üçün lənətlənmişdi.

O zaman Tolstoy bu qərara qarşı çıxmış və Allahsız olmadığını bildirmişdi.

("Dirilmə" əsərində dindarları qəzəbləndirən bölümləri burada oxuya bilərsiz)
XS
SM
MD
LG