Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:13

Sammitlə bağlı Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq


Noyabrın 18-də Bakıda keçiriləcək Xəzər sammiti ilə bağlı paytaxtın Heydər Əliyev, Neftçilər, Parlament prospektlərində, İnqilab küçəsi və metronun “Gənclik” stansiyası istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə “Trend” ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bu baxımdan da Bakı Yol Polisi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.

Bakıda keçiriləcək sammitdə Rusiya, İran, Türkmənistan, Qazaxıstan və Azərbaycan prezidentləri iştirak edəcək.
XS
SM
MD
LG