Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:35

Azərbaycan Qafqazda ən korrupsiyalaşmış dövlətdir


Beynəlxalq Şəffaflıq təşkilatının dünya üzrə korrupsiya xəritəsi
Beynəlxalq Şəffaflıq təşkilatının dünya üzrə korrupsiya xəritəsi
AZƏRBAYCAN KORRUPSİYADA YALNIZ TÜRKMƏNİSTAN VƏ RUSİYADAN YAXŞI VƏZİYYƏTDƏDİR
Dünya dövlətləri qlobal iqlim dəyişikliyi, kasıblıq, qeyri-sabit maliyyə bazarları problemlərinin həlli üçün iri məbləğlərdə pul xərcləyirlər. Amma korrupsiya bu problemlərin həllində ciddi irəliləyişlər əldə edilməsində ən böyük maneə olaraq qalmaqdadır.

Bu barədə Transparency İnternational – Beynəlxalq Şəffaflıq təşkilatının oktyabrın 26-da yayılan dünyada korrupsiyanın vəziyyətinə dair illik hesabatında qeyd edilir.

Hesabata görə son üç ildə Azərbaycanın göstəriciləri xeyli yaxşılaşıb. 2008-ci ildə bu siyahının 158-ci yerində olan Azərbaycan indi 134-cüdür. Bu ilki irəliləyişin əsas səbəbi kimi ölkədə maliyyə-nəzarət idarələrinin uğurla təşkil edilməsi, eyni zamanda dövlət idarəçiliyi və bələdiyyə mülklərinin idarə olunmasında korrupsiya ilə əlaqədar əməkdaşlığın və koordinasiyanın gücləndirilməsini göstərirlər.

İndeksdəki göstəricinin bir qədər yaxşılaşmasına təsir edən faktorlardan biri də vətəndaşların korrupsiya ilə mübarizədə daha fəal iştirak etməsidir deyə hesabatda qeyd olunur.

Amma 134-cü yeri ilə də Azərbaycan hələlik Qafqazda korrupsiyanın vəziyyətinə görə hamıdan geridədir. Beləki, bu il Gürcüstan siyahının 68-ci, Ermənistan 123-cü yerdə olub. Azərbaycanın korrupsiya sahəsində vəziyyəti özünün keçmiş sovet respublikaları olan qonşularından yalnız Türkmənistan (172) və Rusiyadan (154) yaxşıdır.

Ölkələr

2010

2009

2008

Türkiyə

56

61

58

Gürcüstan

68

66

67

Qazaxıstan

105

120

145

Ermənistan

123

120

109

Azərbaycan

134

143

158

Rusiya

154

146

147

İran

146

168

141

Türkmənistan

172

168

166


DÜNYANIN HƏR DÖRD ÖLKƏSİNDƏN ÜÇÜ KORRUPSİYA GİRDABINDADIR
Hesabatda vəziyyəti öyrənilən 178 ölkədən dörddə-üçündə korrupsiyanın çox ciddi problem olduğu qeyd edilir.

Təşkilatın direktoru Huguette Labelle bildirir ki, hazırda dünya dövlətlərinin qarşısında duran ən böyük problem yaxşı idarəetmənin təşkilidir. Qlobal problemlərin həllində irəliləyiş əldə edilməsi üçün anti-korrupsiya tədbirləri bütün sahələri – maliyyə möhranı, qlobal iqlim dəyişmələri, kasıblıqla mübarizəni əhatə etməlidir. Buna görə də Transparency İnternational BMT-nin Korrupsiya ilə mübarizə Konvensiyasına əməl olunmasının çox ciddi şərt kimi irəli sürülməsinə çalışır.

Təşkilatın builki hesabatında korrupsiyanın vəziyyətinə görə ölkələrin sıralamasında ən yuxarıda – birinci yerdə Danimarka, ikinci sırada Yeni Zelandiya, üçüncü yerdə isə Sinqapur gəlir. Finlandiya, İsveç kimi Skandinaviya ölkələri ənənəvi olaraq yaxşı ölkələr siyahısının ilk beşliyində qərar tutublar.

178 ölkənin sıralamasında ən sonda isə Somali, ondan bir addım qabaqda Müəmmar və Əfqanıstan gəlir.

Keçən ilə baxanda Çili, Ekvador, Makedoniya, Haiti kimi ölkələr korrupsiya sahəsində vəziyyətlərini bir qədər yaxşılaşdırblar. Amma Çex Respublikası, Yunanıstan, Macarıstan, İtaliya kimi Avropa Birliyi ölkələrində, eləcə də Niger və ABŞ-da korrupsiya sahəsində vəziyyət geriləyib.

Korrupsiya qavrama indeksi dövlət qulluqçuları və siyasətçilər arasında mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq dövlətlərin sıralanmasını müəyyən edir. O, ekspertlər və biznes dairələri arasında aparılan sorğular əsasında tərtib olunur.
XS
SM
MD
LG