Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:22

Türkiyədə Çaldıran döyüşü haqda roman çap edildi


İstanbuldakı “Qapı” nəşriyyatı yazıçı İsgəndər Palanın “Şah və Sultan” adlı romanını çap edib.

Roman Şah İsmayıl Xətai ilə Yavuz Sultan Səlimi qarşı-qarşıya gətirən savaşa həsr edilib.

İsgəndər Pala əsərin yazılmasına səbəb olan faktorları bu şəkildə sıralayıb: “Eşq və savaş.

Təkcə ürəklərin deyil, alınların, sümüklərin və gözlərin də alov-alov yandığı savaş.

Qəhrəmanlarım Yavuz Sultan Səlimi də, Şah İsmayılı da tarixin pilləkənlərində bir pillə aşağı salan, bir pillə yuxarı qaldıran savaş.

Çaldıran. İndi Çaldıran nə 500 il arxada, nə də 500 il irəlidədir.

Yazar bir az da qorxuların üstünə gedə bilən adamdır.

Tarix irəliyə doğru çözüldükcə, ağacın kökləri də görünəcəkdir.

O kökə ələvi də, sünni də bağlıdır. O torpaqda birdir.

Artıq nəsilləri qaranlığın və kor işığın hegemonluğu boğmasın.

Və budur - bir daha eşq. İqtidar atında küləyə və oda doğru yola çıxan iki hökmdar. Şah ilə Sultan....”

“Şah və Sultan” romanının birinci nəşrinin tirajı 100 min ədəddir.

Romanın çapdan çıxması münasibəti ilə “Azadlıq” radiosuna qısa açıqlama verən İsgəndər Pala “Azərbaycandakı oxucuların əsərlə bağlı fikirlərinə böyül önəm verəcəyini” vurğulayıb.

İskəndər Pala
1958-ci ildə Türkiyənin Uşak vilayətində anadan olan İsgəndər Pala, 1979-cu ildə İstanbul universitetinin Dil - ədəbiyyat fakültəsini bitirib.

Divan ədəbiyyatı üzrə Türkiyənin önəmli mütəxəssislərindən biri olan professor İsgəndər Pala Uşak dövlət universitetində və İstanbuldakı Kültür universitetində dərs deyir.

İsgəndər Palanın “Babildə ölüm, İstanbulda eşq” və “Qətreyi-matəm” romanları Türkiyənin ən böyük tirajla çap edilən kitabları arasında yer tutur.

Yaxın günlərdə İ.Pala ilə kitabı haqda geniş müsahibəni oxuyun.

Həmçinin oxu
İsgəndər Pala: “ Füzuli mənim üçün Həzrəti-Füzulidir”
XS
SM
MD
LG