Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:08

Amerikada tarix dərslikləri islamı təbliğ edir?


Tacikistanda Quran dərsi, 12 avqust 2009
Tacikistanda Quran dərsi, 12 avqust 2009
ABŞ-da, Texas Təhsil Şurasının bəzi mühafizəkar üzvləri tarix dərsliklərinin yenidən gözdən keçirilməsini tələb edirlər. Rendi Rayvs adlı şura üzvünün təklifi sentyabrın 24-də səsə qoyulacaq. Rayvs iddia edir ki, Texasdakı dünya tarixi dərslikləri islamı təbliğ edir və anti-xristian ideyaları daşıyır.

Rayvs deyir ki, 2008-ci ildə Dubay kral ailəsinin bir üzvü dərsliklər dərc edən «Hofton Mifflin Hourcott» nəşriyyatının səhmlərinin bir hissəsinə yiyələnəndən sonra bu vəziyyət yaranıb. Rayvsın fikrincə, ərəblərin təsiriylə artıq tarix dərslikləri anti-xristian mahiyyəti daşıyır, xüsusən də orta əsrləri əhatə edən hadisələrə yanaşmada.

Amma nəşriyyat bu iddiaları rədd edir, üstəlik, ərəb fondunun artıq 2 ildir ki nəzarət paketini itirdiyini bildirir.

Rayvsın təklifinin keçib-keçməyəcəyi aydın deyil. Çünki Texas ştatının Təhsil Şurası artıq dünya tarixi dərsliklərini ekspertizadan keçirib və rəyini verib. Üstəlik, Rayvsın bu cəhdlərinin seçkiqabağı dövrdə xristian mühafizəkarların siyasi gedişi olmasına inananlar da çoxdur.
XS
SM
MD
LG