Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:01

Zakayev: «Çeçenistan əsir düşərgəsidir»


Əhməd Zakayev
Əhməd Zakayev
Sürgündə olan Çeçen hökumətinin başçısı Əhməd Zakayev artıq Londondadır. Rusiyanın 8 il əvvəl verdiyi beynəlxalq sanksiya ilə Zakayev Polşada qısa müddətə tutulub-saxlanmışdı.

Zakayev Polşaya Çeçen Konqresində iştirak etmək üçün getmişdi.

Zakayev Azadlıq Radiosunun müxbiri Natalya Qolitsinaya müsahibəsində deyir ki, Polşa məhkəməsi onun Rusiyaya verilməsini yenə araşdırmaq istəsə, o yenidən Polşaya qayıtmağa hazırdır.

Azadlıq Radiosu: Müsahibələrinizin birində dediniz ki, siz Polşa və Rusiyanın siyasi oyunlarının qurbanı oldunuz. Siz nəyi nəzərdə tuturdunuz?

Zakayev: Polşa rəhbərləri və prokurorları Rusiyanın tələbinə məhəl qoymaya bilərdilər. Çünki Rusiyanın sanksiyası ilə mən artıq iki dəfə saxlanmışam.

SİYASƏT HÜUQU ÜSTƏLƏDİ

Birinci dəfə Danimarkada, ikinci dəfə Britaniyada bu tələblə bağlı məhkəmə prosesi olub. Avropa Birliyinin üzvü kimi Polşa bu məhkəmə qərarlarını nəzərə alıb, Rusiyanın ekstradisiya tələbinə fikir verməyə bilərdi.

Buna görə mən fikirləşirəm ki, siyasət hüququ üstələdi. Mən həm də ona görə belə fikirləşirəm ki, 5-6 ay əvvəl mən Polşa rəhbərliyi ilə bu məsələləri müzakirə etmişdim. Məhz bu səbəblərdən Çeçen konqresi Polşada keçirilirdi. Son məqamda Rusiya mənim gəlməyimi biləndə Polşaya təzyiq göstərməyə başladı. Məqsəd həm də konqresin işini pozmaq idi. Təəssüf ki, Polşa bunda Rusiyaya kömək etdi.

Azadlıq Radiosu: Bəziləri hesab edir ki, Çeçenistanın müstəqilliyi real deyil. Onlar deyirlər ki, 11 sentybar terrorundan sonra bütün çeçen qruplarını Qərbdə terrorçu hesab edirlər.

Zakayev: Mən bu fikirlə heç razı deyiləm. Əksinə, Çeçenistana və çeçen məsələlərinə münasibətdə beynəlxalq siyasətin kəskin dəyişməsi var. Kosovonun müstəqilliyini Amerika və Avropa Birliyi tanıdı. Rusiya isə Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanıdı. Haaqa Məhkəməsi Kosovonun müstəqillik qərarının beynəlxalq qanunları pozmadığını dedi. Bütün bunlar Çeçenistan məsələsinin gündəlikdə qaldığını göstərir.

İddialar var ki, guya çeçenlər müstəqillik ideyasından beziblər. Bu da səhv fikirdir. Çeçenistan əsir düşərgəsidir. Əsir düşərgəsində insanlar birinci növbədə sağ çıxmağı düşünürlər. Onlar siyasi tələblər irəli sürmürlər.

ÇEÇENİSTAN MİNALANMIŞ YERƏ BƏNZƏYİR

Buna yaxşı nümunə Holokostdur. Holokost vaxtı heç kim İsrail dövlətini yaratmaqdan danışmırdı.

Çeçenistanda indi baş verən odur ki, hamı başını salamat saxlamaq istəyir. Ancaq çeçenlər heç vaxt Cöhər Dudayevin və Aslan Məshədovun müstəqillik ideyalarından əl çəkməyəcək.

Çeçenistan minalanmış yerə bənzəyir. Gec-tez partlayacaq. Ancaq mən hər hansı bir inqilabın əleyhinəyəm. Mən inanmıram ki, çeçen xalqı inqilabdan sağ çıxa. Ona görə mən indiki hökumətin çeçen xalqının seçdiyi hökumətə rəvan şəkildə keçidinin tərəfdarıyam.

Azadlıq Radiosu: Keçən yay siz Çeçenistan və Rusiya rəhbərliyi ilə danışıqlar aparmalı idiniz. Keçən il nə oldu ki, bu niyyət baş tutmadı?

Zakayev:
Problem ondadır ki, onlar səmimi deyillər. Biz konkret suallar qaldıranda onların göstərdiyi xoş niyyət yoxa çıxır. Birincisi, Rusiya düşərgələrində 25 min çeçen saxlanır. İkincisi, Məshədovun meyidinin qaytarılmasıdır.

Üçüncüsü, çeçen döyüşçülərinin ailə üzvləri cəzalanmamalıdır. Bu məsələlər həll olunmayınca, müzakirə mümkün deyil.
XS
SM
MD
LG