Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:02

Alzeymer xəstəliyinin üzə çıxarılmasının yeni yolu tapılıb


Belçikada alimlər insanın yaddaşında problemlər yaradan alzeymer xəstliyinin daha dəqiq diaqnostikası üçün yeni metod hazırladıqlarını deyiblər.

Onlar deyiblər onurğa iliyində proteinin səviyyəsi əsasında aparılan testlər uzun müddət müalicvəsi mümkün olmayan bu xəstəliyin diaqnostikasında yeni era açır.
Belçika alimlərinin yeni metodu ABŞ-ın tanınmış tibb jurnallarından birində - “Nevrologiya arxivi” jurnalında avqustun 10-da çap edilib.

Alimlər deyirlər ki, alzeymer xəstəliyi onun simptomları hiss edilməyə başlamazdan ən azı 10 il əvvəl başlayır. Getdikcə əlamətlər daha çox olur və xəstəlik mülaicəsi mümkün olmayan bir formaya keçir.
XS
SM
MD
LG