Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:07

Elçin Hüseynbəyli "Qız və sevgi" (hekayə)


Qız skamyada oturub ağlayırdı. Onun səsində şikayət-zad yox idi, əksinə bir həzinlik, bir yanğı vardı.

Ağappaq, göyərçin əllərilə üzünü örtmüşdü. Mən onun yaraşıqlı çöhrəsini sonradan gördüm.

O, qəfildən hönkürdü. Elə ağladı, elə ağladı ki, aşıqlar demiş, göz yaşı selə dönüb axdı. Sel-su onun yanaqlarında yekə şırımlar açdı.

Mən qızın yanında oturdum. Yəqin ona görə ki, o qəşəng idi.

Göz yaşlarının bolluğu onun ehtirasından, çılğınlığından xəbər verirdi. Hələ əlləri!?

Onlar çox injə və kövrək olsalar da, kişilər bir yana, hətta ən vəhşi atı belə ram eləməyə, yüyənsiz-yəhərsiz çapmağa qadir idilər.

–Sizə kömək edə bilərəmmi?-deyə mən kübarlara xas bir ədayla soruşdum.

O dinmədi, bəlkə məni eşitmədi, ya da saya salmadı. Əli hər yerdən üzülən adamların bəndəyə yox, Tanrıya və onun möcüzəsinə ümidi ola bilər. Günün günorta çağı xaraba bir şəhərin ortasında möjüzə axtarmağa dəyməzdi.

–Ey, sizə köməyim dəyə bilərmi?-deyə mən sualımı təkrarladım və ehmalja onun çiyninə toxundum.

Qız qəfil təjavüzdən diksindi, kənara sürüşdü, səsini kəsdi, bənövşə ətri saçan bənövşəyi dəsmalıyla yanağından diyirlənən yaşı ehmalja silməyə başladı. Sanki onun ala gözləri billurdan idi və bir ehtiyatsız hərəkət onları sındıra bilərdi.

–Əgər sevgidəndirsə, ağlamağa dəyməz, onun ömrü sizin göz yaşlarınız qədərdir, bu gün də olmasaydı, sabah baş verəjəkdi.

Göz yaşları quruyur, amma həyat davam edir və yeni sevgi barədə düşünmək lazımdır, –deyə mən danışığıma şairanəlik qatdım.

Qız yenə də dinmədi, eləjə gözlərini bir boşluğa dirədi və dərindəni ah çəkdi. Sanki onun ağladığı obyekt həmin boşluqda gizlənmişdi.

–Sevilib atılanlar həmişə belə yanıqlı ağlayır,- deyə müdriklik elədim, daha doğrusu ət tökən müdrikliyimi onun yupyumşaq qulaqlarına sırğaladım.
Bu dəfə o, təəjjüblə mənə baxdı və soruşdu:

–Siz bunu nədən bildiniz?

–Sevilib atılanlara elə gəlir ki, həyat bitdi. Amma bu belə deyil,-dedim,-həyat davam edir, su kimi axır...

–Siz bunu bilməzsiniz...

–Demək istəyirsiniz ki, mən sevginin nə olduğunu bilmirəm?

–Yox, sevilib atılmağın ağrısını bilmirsiniz.

Mən gənj qızın bu sadəlövh fikirlərinə güldüm.

–Mən o ağrını bir-neçə dəfə keçirmişəm. Darıxmayın,-dedim,-hər şey düzələr.

–Düzələr?! Siz buna əminsiniz?! Bir neçə dəfə sevən adam əsl sevginin ağrısını nejə bilər, axı?

–Yox, yüz faiz bilə bilməz, amma dediklərimi sübut eləməyə hazıram. Özü də sevgi məşqləri kişilər üçün adi bir şeydir. Doncuanlıq onların qanındadır.
Qız dinməzjə, bir qədər də təəjjüb və heyrətlə üzümə baxdı və dedi:

–Onda qanlarını təmizləsinlər.

–Niyə?

–Yeni doncuanlar əmələ gətirməmək üçün.

–Gərək onda qadınlar da qanlarını təmizləsinlər.

–Qadınlar niyə?

–Yeni doncuanlar doğmamaq üçün,-dedim və güldüm.

O da gülməyə çalışdı, amma bir şey alınmadı, jəhdləri gülümsəməyə çatdı, sonra susdu və fikirləşməyə başladı. Yəqin mənim sözlərimin mahiyyətinə varmağa çalışırdı, amma söz tapa bilmirdi.

–Mən...mən...-kəkələdi.

–O kafeni görürsən? –deyə onu vəziyyətdən çıxarmaq üçün şəhadət barmağımı üzbəüz istiqamətə tuşladım, – orda bütün yaralara dərman tapılar.
–Yaraların hamısının dərmanı olmur.

Qız bu sözləri inamla dedi və gözlərinin yaşını sildi. Əslində gözlərinin nəmi çoxdan buxarlanmışdı.

–İnam olsa, dərdin dərmanı da tapılar,-dedim.

–Siz yazıçısınız, eləmi?-deyə qız çoxbilmiş adamlar kimi soruşdu. O, dirçəlməyə başlamışdı, gözlərinin işığı artmışdı. Mən onun ağrılarını azalda bilmişdim.
–Yox, sadəjə, majəraçıyam,-dedim və gülümsündüm.

–Nədən özünüzə bu qədər arxayınsınız?

–Hər şeyin bir zaman bitəjəyini bildiyimə görə,-dedim.

Təzə tanışım:

–Mən gərək gedəm, işə gejikirəm,-dedi və ayağa durmaq istədi. Mən onun qolundan ehmalja tutub dayandırdım.

–İşdən ijazə alın.

–Bu mümkün deyil.

Mənim suallı baxışlarımın əvəzində o:

–Məni sevib atan müdirimdir,-dedi.

–Bir zaman gələr, onu da işdən çıxararlar, dəvədən böyük fil var, – deyə qızı ürəkləndirmək istədim.

O, bir müddət dinmədi, deyəsən, mənim sözlərimin jiddiliyini öyrənirdi. Sonra:

–Mümkün deyil, çünki o özü fildir, özəl idarənin başçısıdır,-dedi.

–Burası bir az qəlizdir,-deyə onunla razılaşdım, –onda başqa iş tapmaq lazımdır. Təzə işlə təzə sevgi də başlaya bilər.

–Siz məni sevərsiniz?-deyə o uşaq sadəlövhlüyü ilə qəfil soruşdu və qəfil soruşduğuna görə mən ona dərhal javab vermədim və söhbəti yayındırmaq məqsədilə:

–Qəribə taleyiniz var, eləmi?-deyə xəbər aldım.

–Hər nədirsə qaradır. Əvvəllər, uşaq olanda hər şey qar kimi bəmbəyaz idi.

Mən şəhərə gəldim, oxudum, işə düzəldim, sanki bütün arzularıma çatmışdım, birjə ağ atlı oğlanım kəmiydi. Sən demə, o, mənim böyrümdəymiş.

Öz müdirim. O, əvvəllər məni heç görmürdü də. Bu isə məni qıjıqlandırırdı. Mən elə də pis deyildim,-dedi, donunun yaxasını sığalladı, bir az dikəldi, özünə şux görkəm verdi.

– Elə indi də pis deyilsən,- aramızdakı rəsmiyyəti azaltmaq üçün “sən”ə keçdim.

O razılıqla gülümsündü və söhbətinə davam elədi:

– Bir dəfə banket zamanı o, məni rəqsə dəvət elədi. Utandığımdan oynamaq istəmədim, halbuki o, mənim xoşuma gəlirdi. Çox yaraşıqlı və özünəinamlıydı.- Qız “özünəinamlı” sözünü xüsusi pafosla dedi.- Onun dəvətindən boyun qaçırmağım ajığına gəldi. Gejə yarısına qədər bir dəfə də olsun mən tərəfə baxmadı. Sonrakı günlər də o, mənə etinasız yanaşdı, yalnız birjə dəfə bizim şöbəyə gələndə hamı kimi mənimlə də görüşdü. Onun mənə etinasızlığı ajığıma gəlirdi, jırnayırdım.

Başqa qadınlarla mərhəm görüşəndə elə bilirdim ki, təhqir olunuram. Mən az qala qadınlığımı itirirdim. Amma birdən yenə də o dadıma yetişdi və məni xilas elədi.

Qız bu sözləri deyəndən sonra dayandı, gözlərini bir nöqtəyə zilləyib durdu, nə barədəsə düşündü, yəqin onu xatırlayırdı, ilk sevgilərini yadına salırdı, altdan-altdan gülürdü.

–Deməli, xilas elədi?-deyə yüngül istehza ilə soruşdum.

Arif adamıydı, istehzamı başa düşdü.

–Hə, xilas elədi, amma sonradan yenə də öldürdü... Ad günümdə gözləmədiyim halda mənə qızıl boyunbağı bağışladı. Ona kimi heç kim mənə bahalı hədiyyə verməmişdi.

Bir axmaq oğlan vardı, əvvəllər mənə gül bağışlayardı, xəlvətjə stolumun üstünə qoyardı.

Bilirdim ki, odu, amma kasıbın biriydi. Şalvar gödək, köynək köhnə, penjək nimdaş. Bir gülnən sevgini qazanmaq olmaz ki... Nəyini sevəjəkdim onun!? Müdirin qabağında da ikiqat əyilirdi. Barı heç olmasa, bir kişiliyi olaydı.

Müdir ürəyimi ələ ala bilmişdi. Yəqin ona görə ki, qadınlarımızın əksəriyyəti ona vurulmuşdu, boyunlarına almasalar da, bunu duymaq çətin deyildi, hər şey üzlərinə yazılmışdı...Hamı ona jan atırdı, bu yarışda mən geri qala bilməzdim.

–Maraqlı bir fikir var: kişi qadının dalınja o zamana qədər qaçır ki, qadın onu tutsun. Hərfi tərjümədir. Rus dilindən. Bu fikri başqa jür də demək olar.

–Başqa jür lazım deyil, –deyə o sözümü ağzımda qoydu, –başa düşdüm. Demək istəyirsiniz ki, müdir məni tutana qədər onun dalınja qaçdım.

–Təxminən bü jürdür,-dedim

–O, mənim üçün hər şey idi. Mən də onunçün bir dünyaydım. Mənimlə yaxın olanda elə belə də deyirdi: “Sən mənim dünyamsan”. Danışığında bir qram da olsun saxtalıq duymamışdım. Mənə ev də tutmuşdu.

Restoranlara da aparırdı, bahalı hədiyyələr də verirdi. Arvadından çox istəyirdi. Bütün qadınlar birinji olmaq istəyir. Mən onun dünyasında birinji yerdəydim.
Sonra hər şey alt-üst oldu. O başqasına vurulmuşdu. Mən bunu, yəni onun özgəsinə vurulmağını onu çox tezliklə bildim... Bilməyə nə var ki...Eyni ehtirasla məni sevmirdi.

Uşağa qalanda isə bunu daha çox büruzə verdi, hisslərini gizlədə bilmədi, uşağımızı saldırtdı. “Birjə uşağımız kəmdi” dedi. Özü həkimə apardı. Zorla. –Qız susdu, daha doğrusu qəhər onu susmağa məjbur elədi və ağlaya-ağlaya, –mən ana olsaydım, dərdim olmazdı.

–Ana olsaydın, lap pis, indi körpənin hayına qalmışdın. Elə bilirsən, uşaq saxlamaq asandır, özü də indiki zamanda.

Qəribəydi. Biz, sanki doğmalaşmışdıq. Hər şeyi bir-birimizə danışırdıq. Ən intim məsələlərə qədər gedib çıxırdıq.

O qızarmış və nəm gözlərilə mənə baxdı və soruşdu:

–Bayaqkı sualıma javab vermədin? Sən məni sevərdin?

Qızın üzündən yazıqlıq, əlajsızlıq və hüzn tökülürdü. Az qala onun javabına müsbət javab verəjəkdim. Amma özümü ələ ala bildim. Çünki bütün hisslərin keçiji olduğunu bilirdim. Bunu mənə həyat özü öyrətmişdi.

–Bəlkə də hə, amma mən evliyəm və arvaddan qorxuram.

Bu fikrə o xeyli güldü:

–Arvaddan qorxana oxşamırsan,- dedi.

Mən də güldüm.

Qızın telefonu zəng çaldı.

–Bu odur, müdirim, – dedi.

Ürəyimdə qızın telefona javab verməsini istəməsəm də, etika və alijənablıq xatirinə:

–Bu yaxşı oldu, javab verin,-dedim.

Qız üçünjü zəngdə telefonu götürdü. Nə eşitdisə, rəngi qaraldı.

–O ölüb,-dedi,-ürəyi tutub. Yolda yıxılıb. Mənə zəng edən təsadüfi yolçuymuş, dedi ki, mobilindəki sonunju nömrəyə zəng edib. O, bir neçə saat əvvəl məni atdığını demişdi. Mənsə onu qarğadım. Ona allahdan ölüm istədim. Bəlkə... –Bir az fikirləşəndən sonra, –indi mən nə edəjəm?-sanki özü-özündən soruşurmuş kimi pıçıldadı.

Mən dinmədim. Nə deyəjəyimi bilmirdim. Mənim majəraçılığım bundan o yana getmirdi. Yeni sevgi barədə mən yox, o fikirləşməliydi. Onun əvəzindən düşünə bilməzdim ki...

–İşə get, yeni həyata başla, –dedim,-haydı.

–Həəə,-dodağının altında mızıldandı, sonra nə fikirləşdisə, – birdən onun yerinə başqasını qoysalar?!-deyə suallı baxışlarını üzümə zillədi.

–Başqasını? Ola bilər. Amma sən qorxma. Qorxulu bir şey yoxdur...Təjrübən var. Pis olmaz, yəqin...

O injik halda:

–Ən pisi odur ki, onun yerinə şalvarı gödək səfehi qoyalar,-dedi.

Qız onu sevən və bəyənmədiyi oğlana işarə edirdi.

Mən ona javab verməyə söz tapmadım. Hazır resept həmişə olmur ki?..Özü də mənim doncuanlığım burdan o yana keçmirdi...

O, ağır-ağır ayağa qalxdı. Bir neçə addım atandan sonra dayandı, geri döndü, ümidsiz baxışlarıyla məni süzdü və:

–Siz kişilər hamınız bir bezin qırağısınız,- dedi.

Mən bu sözləri çox eşitmişdim. “Elə qadınlar da bizim kimidir”. Bu sözləri ürəyimdə fikirləşsəm də, dilimə gətirmədim..

Qız ağ-çəhrayı zolaqlı çantasını sallaya-sallaya getdi. Mən tərəfə baxmadı, yalnız birjə dəfə, yolu keçərkən maşının yan güzgüsünə baxırmış kimi, başını 90 dərəjə yana döndərdi...

"525-ci qəzet"
XS
SM
MD
LG