Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:58

«Türkiyə dəyişir, amma…»


Elxan Şahinoğlu
Elxan Şahinoğlu
«Ərdoğan hökuməti əzilmə texnologiyasından istifadə etməyi yaxşı bacarır».

«İşdən sonra»da Türkiyədəki növbəti həbs dalğası müzakirə edilib.

Jurnalist Könül Şamilqızı belə hesab edir ki, həbslərdə gözlənilməz heç nə yox idi. Həbs olunan bir çox şəxsin adı «Ergenekon» əməliyyatlarında çəkilmişdi. Hətta provokasiya olmasa belə, türk xalqı əzilənin yanında olmanı sevir. Ərdoğan hökuməti əzilmə texnologiyasından istifadə etməyi və piarla işləməyi gözəl bacarır.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə Türkiyədəki dəyişikliklərin yaxşılığa doğru olmasına əmin deyil:

- Türkiyə dəyişir, amma bu dəyişmənin müsbətə doğru olduğuna əmin deyiləm. O da bir faktdır ki, Ərdoğanın və hökumətin məqsədi ordunun həyatda siyasi rolunu azaltmaqdır. Sadəcə, bu işi görərkən hökumət bəzən qırmızı cizgini keçir. Generalları aylarla, illərlə istintaqda saxlamaq, məhkəmələri uzatmaq, problemlər yarada bilər.

TÜRKİYƏDƏKİ HADİSƏLƏRİ BİR DAHA ŞƏRHÇİLƏRİN DİLİNDƏN EŞİDİN.
XS
SM
MD
LG