Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:37

«Halal» sözü Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmalıdır


Bir çox ərzaq məhsullarının üzərində «halal» sözü Qafqaz Müsəlmanları İdarəsinin razılığı olmadan yazılır
Bir çox ərzaq məhsullarının üzərində «halal» sözü Qafqaz Müsəlmanları İdarəsinin razılığı olmadan yazılır
Ərzaq malları üzərinə «halal» sözünün yazılması Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə razılaşdırılmalıdır. Qafqaz müsəlmanlarının qurultayında çıxış edən QMİ-nin sədr müavini, müfti Hacı Salman Musayev belə deyib.

O, bildirib ki, bir çox ərzaq məhsullarının üzərində «halal» sözü idarənin razılığı olmadan yazılır. Hacı Salman bunun vətəndaşlar arasında çaşqınlıq yaratdığını bildirib.

QMİ rəsmisi məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun idarəyə kömək etməsini xahiş edib.

Hacı Salman həmçinin bir sıra KİV-lərdə gedən dini mövzularda yazıların professionallıq səviyyəsindən razı olmadıqlarını deyib. Bildirib ki, belə mövzularda yazılar hazırlananda QMİ-nin tövsiyələrinin nəzərə alınması yaxşı olardı.

Avqustun 12-də Qafqaz müsəlmanlarının qurultayı işə başlayıb.
XS
SM
MD
LG