Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:12

«Əbu Bəkr»dəki faciəni unutmamalıyıq»


Hidayət Orucov deyib ki, qeydiyyatsız fəaliyyət göstərən icmalar barəsində qanunla ölçü götürüləcək
Hidayət Orucov deyib ki, qeydiyyatsız fəaliyyət göstərən icmalar barəsində qanunla ölçü götürüləcək
««İlahiyyat fakültəsi» məscidi ilə bağlı vəziyyətdən çox narahatam. Bu, çox ciddi məsələdir. Ötən il «Əbu Bəkr» kimi tanınan «Cümə» məscidində baş verən faciəni unutmamalıyıq».

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. Komitə sədri «İlahiyyat fakültəsi» məscidinə böyük sayda insanın toplaşmasının təhlükəsizlik baxımından yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, hazırda bu məsələnin tənzimlənməsi üçün tədbirlər görülür. H. Orucov bu məscidə gələn insanların bir hissəsinin Cümə namazlarında başqa ibadət ocaqlarına getməsi üçün iş aparıldığını söyləyib.

«İlahiyyat fakültəsi» məscidi Bakı Dövlət universitetinin «Tələbə şəhərciyi»nin ərazisində yerləşir. «Əbu Bəkr» məscidi bağlandığından və «Şəhidlər» camesi təmirə dayandığından bura gələnlərin sayı son vaxtlar kəskin artıb.

Hazırda Azərbaycan 1750 məscidin mövcud olduğunu deyən H. Orucov onlardan 24-nün Türkiyə, 63-nün Küveyt, 3-nün Səudiyyə Ərəbistanı Krallığı, 1-nin isə Qətər dövləti tərəfindən tikildiyini diqqətə çatdırıb.

H. Orucov onu da deyib ki, qeydiyyatsız fəaliyyət göstərən icmalar barəsində qanunla ölçü götürüləcək. APA
XS
SM
MD
LG