Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:15

Gürcüstandan Çernobıla 28 vaqon adam aparıblar


İnformasiya elə qıt olub ki, hətta əleyhqaz taxmırmışlar
İnformasiya elə qıt olub ki, hətta əleyhqaz taxmırmışlar
Onlar ləğvedicilərdir. Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda baş verən partlayışın nəticələrini ləğv edənlər. 1986-89-cu illərdə Çernobıla 3 minə yaxın ləğvedici və inşaatçı göndərilib.

Çernobıl İştirakçıları Birliyinin sədri Vaja Çaduneli deyir ki, artıq onların 2/3-i sağ deyil. Çağırışçıların əksəriyyəti hərbçi olub və hansı təhlükə ilə mübarizə aparacaqlarını bilməyiblər.

V. Çaduneli həmin adamların qurban verildiyini deyir. İnformasiya elə qıt olub ki, hətta əleyhqaz taxmırmışlar. Radiasiyanın rəngi, iyi olmadığından əleyhqazsız işləmək daha asan olub:

«Toz udulmasın deyə, əleyhqazla işləmək haqda əmr və məsləhət vardı. Lakin gürcülər qaydaları tanımır və məsləhətə əməl etmirdilər. BİR AZƏRBAYCANLI ƏLEYHQAZDA GƏZİRDİ, BİZ İSƏ ONA GÜLÜRDÜK. AMMA O, DAHA AĞILLI ÇIXDI».

V. Çaduneli 1987-ci ilin mayını xatırlayır, həmin ayda Kommunist Partiyasının üzvü kimi hərbi komissarlıqdan çağırış vərəqəsi alıb. Komissarlıqda ona izah ediblər iki, Çernobıldan 30 km aralıda - Zaqafqaziya Hərbi Dairəsinin bazasında hospital açılır və o, hospitala rəhbərlik etməlidir. Bununla da izahat bitib. 5 gün qatarın yük vaqonunda gedib. Gürcüstandan Çernobıla 28 vaqon adam aparıblar. Yolda aydınlaşıb ki, hospital əməkdaşları 4-cü reaktordan 20 km aralıda - Apaçiç kəndində işləyəcəklər. V. Çaduneli yük vaqonlarında etiraz səsləri ucalandan sonra sovet polkovnikindən aldıqları cavabı
«Çatanda dedilər ki, Ağ Kilsəyə gedirik, ancaq 30 km-lik zonaya gətirdilər»
xatırlayır:

«Dedi ki, getməsəniz, sizi birbaşa 4-cü bloka, qırğına yollayacağıq. Xəbərdarlıq edirəm hamını məhv edəcəyik, heç kimi sağ buraxmayacağıq. Belə olan halda mən nə edə bilərdim?».

V. Çaduneli deyir ki, o zaman insanlarla çox pis rəftar ediblər. ƏN PİSİ İSƏ GƏNC QIZLARIN ALDADILMASI OLUB:

«İkimərtəbəli məktəbin mərtəbələrində yarım metrə yaxın çirk və toz vardı. Yazıq qızlarımız bir ay onu yığışdırdılar. Onların 18-20 yaşları vardı. Onları aldadaraq aparmışdılar, vəd vermişdilər ki, imtahansız, müsabiqəsiz Tibb İnstitutuna götürəcəklər. 20 nəfər idilər. Biz bu dəhşətə beləcə düşmüşdük. 6 ay bu vəziyyətdə olduq, 6 aydan sonra əmrimiz verildi».

Yelena Kereselidzeyə də həqiqəti deməyiblər. Onu da bir çoxları kimi 1987-ci il iyunun 1-də qatara mindirib Azərbaycan ərazisi ilə Çernobıla yollayıblar. Onu Apaçiç kəndinin tərk edilmiş məktəbinə yerləşdiriblər. Artıq o, ikinci qrup əlildir:

«Bir həftə yolda olduq. Çatanda dedilər ki, Ağ Kilsəyə gedirik, ancaq 30 km-lik zonaya gətirdilər. Məktəb binasında hospital açdılar, bizim hissədən 170 nəfər xidmət edirdi. Gürcüstan, Ermənistan və Azərbaycandan adamlar vardı, ancaq YALNIZ GÜRCÜSTAN QADINLAR GÖNDƏRMİŞDİ. Biz 40 qız idik».

Çernobıl, 26 aprel 1986
Zaza Baroçaşvili danışır ki, o, kişilərin arasında ən cavanı idi. Onu Çernobıla 1987-ci ildə 21 yaşında göndəriblər. Xatırlayır ki, radioaktiv zonada hərbi paltarda olsalar da, radiasiyadan qorunmurdular:

«Bir yerdən başqa yerə gedəndə bayılır, yıxılırdıq. Ancaq bu vəziyyətdə ruh yüksəkliyimizi itirmirdik».

Hərçənd Z. Baroçaşvili Çernobılda olmasından peşman deyil və deyir ki, Ukrayna xalqına ruh yüksəkliyi ilə kömək edib, yeganə səhvi...:

«Uşağa paltar gətirdim, ondan sonra uşaqda revmatik artrit yarandı. Özüm uşaq olmuşam, bilməmişəm. Hesab edirəm səbəb budur, həkimlər də başqa səbəb tapmadı».

Gürcü «çernobıllıları» 2006-cı ilədək mövcud imtiyazların ləğv olunmasına etiraz edirlər. İmtiyazlar kommunal ödənişlərə 50% güzəşt nəzərdə tuturdu.

Parlamentin Səhiyyə və sosial məsələlər komitəsinin sədri Otar Toidze isə deyir ki, hazırda Çernobılda xidmət edən vətəndaşlar ayda 55 lari yardım alır.
XS
SM
MD
LG