Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:44

Xurşidbanu Natəvan. Hicran ilə kim, daməni-qəm dəstrəsimdir


Hicran ilə kim, daməni-qəm dəstrəsimdir,
Şadəm ki, xəyalın, gözəlim, həmnəfəsimdir.

Gül ayrısı bir bülbuli-bimarü qəminəm,
Əfğan ilə bu guşeyi-mehnət qəfəsimdir.

Cismimdəki biman könül haləsi, guya,
Bir qəmzədə məhmildən asılmış cərəsimdir.

Görmək üzünü qayəti-hər fikrü xəyalım,
Öpmək ayağın maeyi-şövqü həvəsimdir.

Xurşidə yetər başım əgər, çakərin olsam,
Bu rütbə ilə aləm əra fəxr bəsimdir.
XS
SM
MD
LG