Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:56

Xurşidbanu Natəvan. Şuri-eşqin başıma axırı sövda gətirir


Şuri-eşqin başıma axırı sövda gətirir,
Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.

Tari-zülfündü məni böylə giriftar eləyib,
Nə gələ başıma, ol zülfi-mütərra gətirir.

Gül üzün görmək əgər mümkün olaydı bir dəm,
Hər zaman görmək onu nuri-mücəlla gətirir.

Qaşü göz, novki-mücə fitnə üçün cəm olmuş,
Ox atıb, tiğ cəkib, hər biri dəva gətirir.

Könlümü qarət edir eylə ki, tari-zülfün,
Rumə, sanki həbəşi ləşgəri-yəğma gətirir.

Naqənin varmı şüuru bula aşıq guyin,
Onu Məcnunə tərəf cəzbeyi-Leyla gətirir.

Yusifin sanma, dübarə görə Yəqub üzün,
Mehr bazarına gör getsə, Züleyxa gətirir.

Yusifi Misrdə gər aldı Züleyxa nəqdə,
Nəqdi-can, aşiq olan, əldə mühəyya gətirir.

Sidqi-qəlb ilə nisar etmiş idin can nəqdin,
Natəvan, mücdə bu gün, qətlinə fərman gətirir
XS
SM
MD
LG