Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:43

HƏBİBİ. Müsəddəs

















Dün gördüm ol nigari-tərəbnakü ərcimənd,
Kafur əliylə dəstələmiş ənbərin kəmənd,
Baxdım şikənci-türrəsinə zarü müstəmənd,
Bir şəxsi-natəvan oturur gərdənində bənd,
- Kimdir bu miskin, ol nə rəsəndir? - dedim, dedi:
- Zülfim kəməndi tutsaği canındürür sənin.

Çəkmiş cəmalə fərrü dəmü izzü cahını,
Ənbərlə doldurub, başa əymiş külahını,
Əbrin yüzündən aldı və ərz etdi mahını,
Gördüm yüzündə daneyi-xali-siyahını,
- Şol müşk lalə üzrə nədəndir? - dedim, dedi:
- Canında əksi-daği-nihanındürür sənin.

Ləlü göhər dişiylə yapışmış dodağinə,
Müşki-Xütən həvəsdən ulaşmış yanağinə,
Dürri-Nəcəf həvadən asılmış qulağinə,
Çox danə-danə nəsnə tökülmüş ayağinə,
- Hey-hey, bu nə əqiqi-Yəməndir? - dedim, dedi:
- Gözdən axan cigərdəki qanındürür sənin.

Gəşt ilə çıxdı gülşənə ol sərvi-gül-üzar,
Əlvanı meyvə daməninə tökdü şaxsar.
Mən gördüm anda püstəvü badamü sibü nar,
Bir mürğ oxurdu arizi bağında zar-zar,
- Ol mürğ nə mürğ, bu nə çəməndir? - dedim, dedi:
- Baği-çəməndə mürği-rəvanındürür sənin.

Göz gördügüncə könlüm olur hüsnü maili,
Eylər dəli bu şivə ilə neçə aqili,
Sehr eyləmiş yüzündə yenə çahi-Babili,
Bənd etmiş anda bir neçə sahibnəzər dili,
- Çin söylə, bu nə çahi-zəqəndir? - dedim, dedi:
- Ey çox xəlalı, kəndü məkanındürür sənin.

Yaşım yürüdü su kimi ol sərv suyinə,
Göz baxa qaldı zülfü xətü ruyü muyinə,
Piranəsər könül axub ol qəddi-cuyinə,
Aldandı tifltək dil anın rəngi-ruyinə,
- Bu nə xöcəstə sərvi-səməndir? - dedim, dedi:
- Bəxti-səidü ömri-cəvanındürür sənin.

Nərgis oyandı, bu çəmən damənü caməxab*,
Gül çıxdı, pirəhən yaxasından açub niqab,
Təb düşdü canə, cümleyi-afaqi tutdu tab,
Ol dəm ki, doğdu qibleyi-məşriqdən afitab,
- Bir zərrə gördüm anda, dəhəndir! - dedim, dedi:
- Bu söz yəqin, Həbibi, gümanındürür sənin.

__________
*Misra bütöv deyil.
XS
SM
MD
LG